• $
  • €
  • ₽
  • ₺
  • £

"Siqaret satışında süni problemlər

"Siqaret satışında süni problemlər
02.03.2017 12:46
2017-ci il yanvarın 1-dən qüvvəyə minmiş "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" və "Nağdsız hesablaşmalar haqqında" qanunlara əsasən, ölkə ərazisində tütün məmulatlarının satışının nağdsız qaydada həyata keçirilməsi təsbit edilib.

Lakin bəzi iri topdansatış müəssisələri siqaretin nağdsız şəkildə satılmasına maraq göstərmir. Bu da eyni zamanda siqaretin satışında süni problemlər yaratmaq cəhdləri ilə nəticələnir.

ANN.Az xəbər verir ki, Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov AZƏRTAC-a müsahibəsində bu aktual mövzuya toxunub. Onun sözlərinə görə, qanuna əsasən, həmin məhsulların pərakəndə satışı istisna olmaqla, alqı-satqısı yalnız nağdsız qaydada aparılmalıdır. Pərakəndə satış mağazaları siqaret aldıqları topdansatış müəssisəsinin bank hesabına pul köçürməli, yaxud əməliyyatları bank kartları vasitəsilə həyata keçirməlidir. Qanunvericiliyin təkmilləşdirilməsinin əsas məqsədi aksizli malların satışı sahəsində şəffaflığa, ticarət obyektlərində uçot işinin düzgün təşkilinə nail olmaqdır. Bəzi pərakəndə satış obyektləri topdansatış şəbəkələrindən siqaret ala bilmədiklərini, firmaların kiçik sahibkarları siqaretlə təmin etmədiklərini iddia edirlər. Nəticədə isə mağazalarda siqaret qıtlığı yaranır.

Şamil Ərəbov deyib ki, tütün məmulatlarının nağdsız qaydada satışı 2016-cı ilin yanvarından nəzərdə tutulsa da, dövlət bu sahənin ticarəti ilə məşğul olanlara güzəşt edərək onlara 1 il müddət verdi. Bu, həmin malları satanların yeni qaydalara uyğunlaşmaq üçün hazırlıq müddəti idi.

Aparılan məlumatlandırma-təşviqat tədbirlərinə və yaradılmış bütün imkanlara baxmayaraq, ictimai iaşə, topdan və pərakəndə ticarət obyektləri, aksizli malların (tütün məmulatları) satışı ilə məşğul olan bəzi sahibkarlar fəaliyyətlərini yenə də qanun çərçivəsində qurmur və nağdsız hesablaşmalara keçmirlər. Siqaretin satışında süni problemlər yaratmaq cəhdlərinin kökündə də məhz bu amillər dayanır.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol