• $
  • €
  • ₽
  • ₺
  • £

Fransada Azərbaycan günlərinə start verilib FOTOLAR

Fransada Azərbaycan günlərinə start verilib FOTOLAR
07.03.2017 13:30
Fransanın Arkaşon şəhərində Azərbaycan günlərinə start verilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Fransanın Akiten bölgəsinin Arkaşon şəhər meriyası və Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin və Paris Azərbaycan Evinin dəstəyi ilə Arkaşonda Novruz bayramına həsr edilmiş "Azərbaycan günləri" çərçivəsində silsilə tədbirlər keçirilib.

Tədbirlər Arkaşon şəhərinin meri İv Fulon ilə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Azərbaycanın Dostları Assosiyasiyasınin Prezidenti, Fransa parlamentinin üzvü Jan-Fransua Mansel və Paris Azərbycan Evinin rəhbəri, Azərbaycanın Dostları Assosiyasiyasınin Baş katibi Mirvari Fətəliyevanın rəsmi görüşləri ilə başlayıb.

Sonra şəhərin Konqreslər Sarayında 300-dən artıq şəhər sakini və bələdiyyə nümayəndəsinin iştirakı ilə konfrans keçirilib. Azərbaycan mədəniyyətinə, tarixinə, turizminə həsr edilmiş qisa filmin nümayişi ilə başlayan konfransda Elçin Əmirbəyov "Azərbaycan: ənənələr və müasirlik ölkəsi" mövzusunda çıxış edib. Azərbaycanın tarixi, müstəqilliyi, siyasi-iqtisadi uğurları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz regionunda ölkənin rolu, Fransa-Azərbaycan münasibətləri mövzusuna toxunan səfir iştirakçıların suallarını cavablandırıb.

Konfransdan sonra Bakı Media Mərkəzinin istehsal etdiyi 1919-cu ildə Paris Sulh konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən sənədli film nümayiş etdirilib.

Daha sonra şəhərin Olimpiya teatrında Novruz bayramına, Bakı şəhərinin qədim və müasir abidələrinə, ölkəmizin təbiətinə həsr edilmiş rəsm və fotosərgi nümayiş etdirilib. Sərginin açılışında şəhərin meri İ. Fulon, J.F Mansel, səfir Ə.Əmirbeyov çıxış edib. İ.Fulon 2015- ci ildə Azərbaycn etdiyi ilk səfəri barədə danışıb, bu səfərin onda böyük təəssürat yaratdığını bildirib. O, Arkaşonda bir ay davam edəcək Azərbaycan günlərinin şəhər sakinlərinə ölkənin mədəniyyəti haqqında dolğun məlumat verəcəyini qeyd edib.

J.F Mansel Azərbaycanın təbliği ilə bağlı rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verərək həyata keçirilən tədbirlərin Azərbaycanın zəngin mədəniyyəti və tarixinin tandilmasi üçün böyük əhəmiyyət kəsb etdiyini deyib. O, tolerantlığın, multikulturalizmin beşiyi Azərbaycanı Fransada təbliğ etməklə yanaşı, Assosiasiyanın fransızlar üçün Azərbaycana təşkil etdiyi tanışlıq səfərlərindən də bəhs edib.

Sərgidən sonra teatrın konsert salonunda Bakı Xoreoqrafiya Məktəbinin "Bakı ulduzları” rəqs ansamblının konserti olub. Konsertə 1000-dən artıq tamaşaçı toplaşıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol