Azərbaycanın xarici dövlət borcunun məbləği açıqlandı

Bu il yanvarın 1-i tarixinə Azərbaycanın xarici dövlət borcu 6 mlrd. 913,2 milyon ABŞ dolları (12 mlrd. 241,3 milyon manat) təşkil edib.
ANN.Az-ın Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20,4% təşkil edib.
Məlumatda deyilir ki, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.
Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə insitutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 