• $
  • €
  • ₽
  • ₺
  • £

Maaşımızdan nə qədər vergi tutulmalıdır?

Maaşımızdan nə qədər vergi tutulmalıdır?
14.03.2017 10:40
Əməkhaqqından tutulan vergilərin faiz dərəcələrində və hesablanmasında dəyişikliklər olduğundan bu mövzuda xeyli suallar yaranır. 

ANN.Az xəbər verir ki, Marja bu haqda material hazırlayıb.

Həmin yazını təqdim edirik:

Fiziki şəxslərin gəlirindən: fiziki şəxslərin gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı olmaqla iki hissədə tutulma olur.

 Fiziki şəxslərin gəlirindən Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, aylıq gəlir 2500 manata qədər olduqda 14% faiz, 2500 manatdan yüksək olduqda bu məbləğindən olan hissəsinin 14%-i, 2500 manatdan yuxarı olan hissəsinin 25%-i miqdarında vergi tutulur.

Əməkhaqqı 2500 manata qədər olduqda əmək haqqından ölkə üzrə yaşayış minimumu (155 AZN, 2017-ci il) çıxıldıqdan sonra qalan məbləğdən 14% gəlir vergisi tutulur. İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.

Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən, bəzi kateqoriyadan olan işçilərin əməkhaqqından gəlir vergisi güzəştli tutulur. Bunlardan bəzilərinə nəzər yetirək.

Milli qəhrəmanların, müharibə əlillərinin, müharibə veteranı adı almış şəxslərin və s. şəxslərin vergi tutulmalı olan aylıq gəliri 400 AZN məbləğində azaldılır.

I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 AZN məbləğində azaldılır.

Məcburi köçkünlər və onlara bərəbər tutulan şəxslərin vergi tutulmalı olan aylıq gəliri 100 AZN məbləğində azaldılır.

Himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və ya tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 AZN məbləğində azaldılır.

Fiziki şəxlərin aylıq gəlirindən aşağıdakı dərəcələrlə vergi tutulur

Vergi tutulan aylıq gəlir

Verginin məbləği

2500 manatadək

14%

2500 manatdan çox olduqda

350 AZN+ 2500 manatdan çox olan hissənin 25%

Sosial sığorta haqqında qanunun 14-cü maddəsinə əsasən, əmək müqaviləsi ilə işləyənlər üçün hesablanmış əmək haqqının 3% miqdarında məcburi dövlət sığorta haqqının ödənilməsi nəzərdə tutulmuşdur.

Bir məsələni də qeyd edim ki, əmək müqaviləsi ilə işləyən hər bir vətəndaş Elektron Hökumət Portalında şəxsi kabinetini yaratmaqla işlədiyi illər ərzində müəssisə tərəfindən onun əvəzinə vergi və DSMF ödənilib-ödənilmədiyini və eyni zamanda illər ərzində ödənilmiş vergi və sosial sığorta haqları barədə məlumat əldə edə bilər.

Bir neçə misal üzərində gəlir vergisi və sosial sığorta haqqının hesablanması qaydasına baxaq.

Misal 1. Fiziki şəxsin aylıq gəliri əgər 500 manatdırsa, əməkhaqqından tutulma aşağıdakı qaydada olacaq.

Gəlir vergisi: 500-155=345*14%=48.3 AZN

DSMF: 500*3%=15 AZN

Deməli, vergi çıxıldıqdan sonra ələ çatan pul: 500 - (48.3+15)=436,7 AZN

Misal 2. Fiziki şəxsin aylıq gəliri yenə 500 manatdır və məcburi köçkündürsə:

Gəlir vergisi: 500-155-100=245*14%=34,3 AZN

DSMF: 500*3%= 15 AZN

Vergilər çıxıldıqdan sonra ələ çatan pul: 500-(34,3+15)=450,7 AZN

Misal 3. Fiziki şəxsin aylıq gəliri 3000 manatdırsa:

Gəlir vergisi: 2500*14%=350 AZN, 3000-2500=500*25%=125 AZN,

DSMF: 3000*3%=90 AZN

Vergilər çıxıldıqdan sonra ələ çatan pul: 3000-(350+125+90)=2435 AZN

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol