• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıt şəhərindən Abşeronun şimal və şimal-şərq hissəsinə giriş-çıxış asanlaşacaq - FOTOLAR

Sumqayıt şəhərindən Abşeronun şimal və şimal-şərq hissəsinə giriş-çıxış asanlaşacaq - FOTOLAR
15.03.2017 12:30
Sahilboyu 12,7 km uzunluğunda olan Novxanı-Pirşağı avtomobil yolunun tikintisinə başlanılıb.

REPORT.AZ/ Abşeron yarımadasının şimal hissəsində sahilboyu salınan və 12,7 km uzunluğunda olan Novxanı-Pirşağı avtomobil yolunun tikintisinə başlanılıb. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, sahil yolu bəzi ərazilərdə mövcud yolu genişləndirməklə, bəzi ərazilərdə isə yeni trass üzrə inşa olunur. Bunun üçün yeni yolun keçdiyi ərazilərə, xüsusən çökəklik sahələrə karbonat materialı tökülüb kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub.

 Bundan başqa, yolboyu maneələr sökülüb, kommunikasiya xətləri köçürülüb.

Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7,5 metr, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0,75 metrdir. Avtomobil yolunun kənarı ilə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1,5 metr enində piyada səkilərinin də tikintisi aparılır.

Hazırda yolda torpaq işləri həyata keçirilir, yol əsasının inşası və buna paralel olaraq asfaltlanma işləri aparılır. Ümumilikdə 115 min kv. m əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, yol boyu 50 min poqon metr səki daşının düzülməsi nəzərdə tutulub.

 Tikinti işləri bitdikdən sonra zəruri olan yerlərə yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, yeni avtomobil yolu Sumqayıt-Corat-Novxanı avtomobil yolunu yeni Dənizkənarı dairəvi yola birləşdirməklə, Sumqayıt şəhərindən Abşeron yarımadasının şimal və şimal-şərq hissəsinə rahat və maneəsiz gediş-gəliş təmin olunacaq. Bu isə öz növbəsində paytaxt Bakının avtonəqliyyat sıxlığının azalmasına öz müsbət təsirini göstərmiş olacaq.

Xatıqladaq ki, Novxanı-Pirşağı avtomobil yoluna birləşən və uzunluğu 14 km olan Binəqədi-Novxanı-Corat avtomobil yolunun da hazırda tikintisi aparılır.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol