• $
  • €
  • ₽
  • ₺
  • £

JTI şirkəti Azərbaycanda “Ən Yaxşı İşəgötürən” seçilib

JTI şirkəti Azərbaycanda “Ən Yaxşı İşəgötürən” seçilib
16.03.2017 12:45
Şirkət Azərbaycan, Avropa və Asiya-Sakit Okean regionunda mükəmməl iş şəraitinə görə fərqlənib.

REPORT.AZ/ "Japan Tobacco International" (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyinin işçilər üçün yaratdığı mükəmməl iş şəraiti bir daha təsdiqlənib.

Şirkətdən "Report”a bildirilib ki, Ən Yaxşı İşəgötürənlər İnstitutu (Top Employers Institute) tərəfindən aparılan müstəqil araşdırmanın nəticələri şirkətin əməkdaşlarının qayğısına xüsusilə yaxşı qaldığını göstərir. JTI Azərbaycan əməkdaşlarının inkişafına verdiyi əhəmiyyəti nümayiş etdirərək, Azərbaycan, Avropa və Asiya-Sakit Okean Regionu üzrə 2017-ci il üçün müstəsna olaraq Ən Yaxşı İşəgötürən Mükafatına layiq görülüb.

"JTI şirkəti olaraq uzunmüddətli perspektivi nəzərdə tutaraq əməkdaşlarımıza sərmayə qoyuruq. Biz öz işçilərimizi inkişaf etmək və təkmilləşmək üçün imkanlar yaratmaqla yanaşı onların nailiyyətlər qazanmasını təmin edəcək iş mühiti təklif edirik. Bu yanaşma "Top Employers Institute" tərəfindən bir daha təsdiq edildiyindən, habelə Qafqaz regionunda Ən Yaxşı İşəgötürən statusuna malik olan yeganə şirkət olduğumuzdan qürur duyuruq”, - deyə "JTI Caucasus” şirkətinin baş direktoru Pol Holovey qeyd edib.

"Top Employers Institute" tərəfindən hər il keçirilən araşdırma dünyanın aparıcı işəgötürənlərini öz işçiləri üçün mükəmməl şərait yaradan, təşkilatın bütün səviyyələrində istedadları yetişdirən və inkişaf etdirən, işəgötürmə üsullarını davamlı olaraq optimallaşdırmağa çalışan şirkətlər kimi müəyyən edir.

"Top Employer Institute" JTI şirkətinin Azərbaycanda işçilər üçün yaratdığı şəraiti istedadların idarə edilməsi strategiyası, işçi qüvvəsinin planlaşdırılması, yeni işçilərin uyğunlaşdırılması, təlim və inkişaf, fəaliyyətin idarə edilməsi, liderliyin inkişafı, karyera və əvəzetmənin idarə edilməsi, mükafatlandırma və bonuslar, korporativ mədəniyyət kimi meyarlar əsasında qiymətləndirib.

"Bizim hərtərəfli araşdırmamız JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin bütün dünyada əmək şəraitini yaxşılaşdıran seçilmiş işəgötürən qrupuna aid olduğunu müəyyən edib. Şirkət əməkdaşlarına yüksək səviyyəli qayğı göstərilir. "Ən Yaxşı İşəgötürən 2017” sertifikatına layiq görüldükləri üçün onlar artıq özlərini həqiqətən dünyanın ən yaxşı işəgötürənlərindən ibarət qrupun lideri hesab edə bilərlər. Bu, qeyd olunacaq bir hadisədir”, - deyə "Top Employers Institute"un baş icraçı direktoru David Plink bildirib.

JTI şirkətinin Azərbaycanda 65 yerli işçisi var. Azərbaycanda fəaliyyət göstərən "Ən Yaxşı İşəgötürən” statusuna layiq görülməklə yanaşı, JTI bir daha Avropa və Asiya-Sakit Okean regionu üzrə "Ən Yaxşı İşəgötürən” mükafatı ilə təltif edilib.
Qeyd edək ki, JTI şirkəti aparıcı beynəlxalq tütün məhsulları istehsalçı olaraq "Japan Tobacco” Şirkətlər Qrupunun üzvüdür. 

Baş qərargahı Cenevrədə (İsveçrə) olan və 120-dən artıq ölkədə fəaliyyət göstərən JTI şirkətinin bütün dünya üzrə təxminən 26 min işçisi var. Şirkətin 2015-ci ildə əsas gəlirləri 10,3 mlrd. ABŞ dolları (www.jti.com) təşkil edib.

"Top Employers Institute" qlobal müstəvidə işəgötürənlərin öz işçiləri üçün yaratdığı şəraitin mükəmməlliyini təsdiqləyir. 

Optimal əmək şəraiti işçilərin özlərini fərdi və peşəkar olaraq inkişaf etdirməsini təmin edir. Bu da öz növbəsində daim şirkətlərin böyüməsi və inkişafı üçün imkanlar yaradır. Baş qərargahı Hollandiyada olan və əvvəllər CRF İnstitutu kimi tanınan qurum, 1991-ci il tarixindən etibarən Ən Yaxşı İşəgötürənləri müəyyən edir.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol