• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident: "Bu il 200 min nəfər işlə təmin olunacaq"

Prezident: "Bu il 200 min nəfər işlə təmin olunacaq"
29.05.2020 09:25
"Bu il 22 rayonda pambıq əkiləcək, əkin sahələri 136 min hektar təşkil edəcək. Bu göstərici ötən illə müqayisədə 3 dəfə çoxdur. Növbəti illərdə əkin sahələrinin genişləndirilməsi vacibdir”.
 
APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev bu gün Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.
 
Dövlət başçısı bildirib ki, bütün hazırlıq işləri vaxtında görülməli, itkilər minimuma endirilməlidir: "Pambıq tarlalarına gedən yollar təmir edilir, qəbul və pambıqtəmizləmə məntəqələri fasiləsiz elektrik enerjisi ilə təchiz edilir. Bu il ancaq pambıq becərən rayonlarda 200 min insan işlə təmin olunacaq”.
 
Prezident İlham Əliyev qeyd edib ki, kənd təsərrüfatı mütəxəssisləri, aqronomların hazırlanması vacibdir: "Ölkəyə pivot suvarma sistemləri gətirilir. Həmin sistemlər məhsuldarlığı bir neçə dəfə artırır. Gələcəkdə ölkəmizdə pivot suvarma sistemlərinin istehsalı nəzərdə tutulub. Növbəti illərdə yeni pambıqtəmizləmə zavodlarına ehtiyac yaranacaq. Hazırda 22 pambıqtəmizləmə zavodu fəaliyyət göstərir. Onların emal gücü 400 min tondur”.
 
Dövlət başçısı nəzərə çatdırıb ki, pambıqçılığın inkişafı yüngül sənayenin də inkişafına təkan verəcək: "Özlüyündə sosial layihə olan bu sahənin inkişafı əhalinin sosial durumunun yaxşılaşdırılmasına təkan verəcək”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol