• $
  • €
  • ₽
  • ₺
  • £

Bakının sürüşmə təhlükəsi olan əraziləri açıqlanıb

Bakının sürüşmə təhlükəsi olan əraziləri açıqlanıb
30.03.2017 18:27
"Böyük Bakı ərazisində sürüşmə, yarğan-qobu şəbəkəsi, abraziya və eol prosesləri kimi ekzogen geomorfoloji proseslərin ətraflı öyrənilib. Nəticədə Xətai rayonunun Əhmədli qəsəbəsi, Masazır qəsəbəsi, Yeni Günəşli yaşayış massivi, Ukrayna yamacı, Kərpic zavod ərazisi, Zığ, Gəncə prospekti, Bayıl yamacı və Badamdar qəsəbəsinin sürüşmə təhlükəli ərazilər olduğu məlum olub”. 
 
APA-nın xəbərinə görə, bunu AMEA Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Seymur Məmmədov Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin iclasında çıxışı zamanı deyib. O, Böyük Bakı ərazisi üçün kəmiyyət və keyfiyyət göstəriciləri əsasında sürüşmə təhlükəliyinin rəqəmsal proqnoz xəritəsi və ona uyğun legendanın tərtib edildiyini qeyd edib. Elmi işçi əldə olunan nəticələrin Böyük Bakının yeni ərazilərində şəhərsalma işlərində istifadə üçün çox qiymətli olduğunu xüsusi vurğulayıb.
 
Daha Sonra Yer Elmləri Bölməsi üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə qeydə alınmış namizədlərin elmi fəaliyyətlərinin müzakirəsi aparılıb. Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın adlı mükafatlarına namizədlərin seçilməsi ilə bağlı olub. Bölmə tərəfindən Bakı Dövlət Universitetinin Faydalı qazıntılar kafedrasının müdiri, Yer ehtiyatlarının aerokosmik tədqiqatları ETL-in elmi rəhbəri, Əməkdar elm xadimi, akademik Vasif Babazadənin "Akademik Musa Əliyev" adına mükafata təqdim edilməsi haqqında Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.
 
Tədbirin sonunda Neft və Qaz İnstitutunda Təhsil və İctimaiyyətlə əlaqələr şöbələrinin yaradılması və digər cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol