• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərdə “Koroğlu” tankeri təmirə dayanıb

Xəzərdə “Koroğlu” tankeri təmirə dayanıb
29.05.2020 06:21
Təmir zamanı tankerin idarəetmə sistemləri daha müasirləri ilə əvəz ediləcək
 
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "Koroğlu” tankeri Zığ Gəmi Təmiri Zavodunda əsaslı təmirə dayanıb. Gəmiçilikdən "Report"a verilən məlumata görə, tankerin sualtı hissəsi təmizlənərək rənglənib. Baş və köməkçi mühərriklər, nasos və kompressorlar, digər vacib mexanizmlər təmir edilib. Bundan başqa, yük qızdırma sisteminin bütün boruları yenisi ilə əvəzlənib. Gəminin gövdəsində qaynaq işləri də yekunlaşıb. Həmçinin, istifadə müddəti bitən avar valının plastik yastıqları dəyişdirilib. Həmin yastıqlar elə Zığ Gəmi Təmiri Zavodunda hazırlanıb.

"Təmir zamanı "Koroğlu” tankerinin idarəetmə sistemləri də daha müasirləri ilə əvəz ediləcək. Görüləcək işlər tankerin yanacaq sərfiyyatının xeyli azalmasına imkan verəcək. Təmir işlərinin mayın əvvəlində başa çatdırılacağı nəzərdə tutulur. Yekunda yeni avadanlıqların işləkliyinə bir daha əmin olmaq üçün gəmi sınaqdan keçiriləcək. 13 min ton yükgötürmə qabiliyyətinə malik "Koroğlu” tankeri 2006-cı ildə istismara verilib. Uzunluğu 149,9 metr, eni 17, 3 metr, sürəti 12 uzel olan gəminin 12 anbar və bir durulducu tankı var. Çətin hava şəraitində də işləməyə qadir olan gəminin dibinin və gövdəsinin ikiqat olması arzuaolunmaz vəziyyətlərdə neftin dənizə tökülməsinin qarşısını almağa imkan verir. "Koroğlu” tankeri 20 günədək sahilə yan almadan üzə bilər", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Yükdaşımalarda xüsusi çəkisini saxlamaq üçün donanmanın yeni gəmilərlə zənginləşməsinə xüsusi fikir verilir. Hazırda 34 tankerdən ibarət donanmanın yaxın gələcəkdə gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunan yeni gəmilər hesabına daha da gücləndirilməsi planlaşdırılır. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol