• $
  • €
  • ₽
  • ₺
  • £

İmişlidə 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

İmişlidə 6 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur
05.04.2017 13:00
Ümumilikdə, ikiqat olmaqla yolun 140 min kv.metr sahəsinin asfaltlanması nəzərdə tutulub.

REPORT.AZ/ İmişli rayonunun İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunda yenidənqurma işlərinə başlanılıb. Hazırda yol boyu torpaq işləri görülür. Bu, "Azəravtoyol" ASC-dən "Report"a verilən məlumatda bildirilib.

"Aparılan işlər zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır. Bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilir. Yol geyiminin əsasının tikintisi işləri qum-çınqıl və optimal qırmadaş qarışığından aparılır. Hazır olan hissələrə isə asfalt-beton örtüyü döşənir. Artıq yolun 8 km-lik hissəsinə asfalt-beton örtüyünün ilk qatı döşənib. Ümumilikdə, ikiqat olmaqla yolun 140 min kv.metr sahəsinin asfaltlanması nəzərdə tutulub", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, uzunluğu 23 km, eni 10 metr olan yol IV texniki dərəcəyə uyğun inşa olunur. Tikinti işləri çərçivəsində yolun çiyinlərinin eni hər bir istiqamət üzrə 2 metr, yolun hərəkət hissəsinin eni isə 6 metr təşkil edəcək.

"Asfaltlanma işləri bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları, məlumatverici lövhələr və təhlükəsizlik dirəkləri quraşdırılacaq, üfiqi xətlənmə çəkilişi aparılacaq. Eyni zamanda, yol boyu zəruri olan yerlərdə 30 ədəd suötürücü boru quraşdırılacaq", - deyə məlumatda əlavə edilib.

Qeyd edək ki, İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi 6 yaşayış məntəqəsinə gediş-gəlişini xeyli asanlaşdıracaq, təhlükəsiz və maneəsiz hərəkət təmin olunmaqla yük və sərnişin daşıması rahatlaşacaq.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol