SOCAR Rusiyadan alınan qazın həcmini artırır

SOCAR Rusiyanın "Qazprom" şirkətindən il ərzində idxal olunan qazın həcmini 5 mlrd. kubmetrədək çatdırmaq niyyətindədir.
ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu "SOCAR Polymer" şirkətinin baş direktoru Fərid Cəfərov bildirib.
Onun sözlərinə görə, hələlik şirkətlər arasında bu mövzu ətrafında danışıqlar davam edir. "Müzakirələr davam edir", - deyə o jurnalistlərin müvafiq sualını cavablandırarkən bildirib.
Qeyd edək ki, 2016-cı ilin may ayında SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, SOCAR Rusiyadan alınan qazın həcmini 5 mlrd. kubmetrə çatdırmaq niyyətindədir. Onun sözlərinə görə, Rusiya tərəfinə bununla bağlı müvafiq bildiriş göndərilib.
2015-ci ilin sentyabr ayından etibarən SOCAR və "Qazprom" illik 2 mlrd. kubmetr həcmində təbii qazın nəqli ilə bağlı razılığa gəliblər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















