• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident sərəncam imzalayıb

Prezident sərəncam imzalayıb
11.04.2017 19:03
Azərbaycan prezidenti İlham Əliyevkənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
APA-nın məlumatına görə, Maliyyə Sabitliyi Şurasına "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin "Maliyyəyə çıxışın asanlaşdırılması” sərlövhəli 3-cü strateji hədəfində nəzərə tutulmuş prioritetlərdə göstərilən aşağıdakı tədbirlərin əhatə edildiyi daha təfsilatlı və geniş tədbirlər planını, icraçılar və icra müddətləri göstərilməklə, bir ay müddətində hazırlayaraq təsdiq etmək və bu barədə Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.
 
Eyni zamanda Maliyyə Sabitliyi Şurasına kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı 3.1-ci prioritet üzrə kənd təsərrüfatının maliyyə resurslarına tələbatı üzrə hədəfləri müəyyənləşdirmək, kredit zəmanət fondunun yaradılması imkanlarına baxmaq, kənd təsərrüfatında innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərini hazırlamaq, kreditlər üçün girov bazasını genişləndirmək, kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlılığını artırmaq, aqrar sektora təsir edən risklərin idarə olunması üzrə mexanizmləri hazırlanmaq və kredit təşkilatlarının vəsaitlərinin kənd təsərrüfatı sektorunun kreditləşməsinə yönəldilməsinin stimullaşdırılmaq həvalə olunub.
 
Sərəncama əsasən, Sığorta Hadisələri Reyestri hazırlanacaq. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol