• $
  • €
  • ₽
  • ₺
  • £

1000 manatlıqlarla bağlı Mərkəzi Bankdan AÇIQLAMA

1000 manatlıqlarla bağlı Mərkəzi Bankdan AÇIQLAMA
13.04.2017 19:37
Sosial şəbəkələrdə yayılan 1000 manat dəyərində olan xatirə sikkələri insanlarda çaşqınlıq yaradıb. Çoxları bu sikkələrin dövriyyədə olduğunu zənn edib.

ANN.Az xəbər verir ki, məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev BAKU.WS-ə açıqlama verərək bildirib ki, bu xatirə sikkələri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə 2013-cü ildə tədavülə buraxılıb.

"2013-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin 90 illik yubileyinin ölkə miqyasında qeyd olunması ilə əlaqədar Mərkəzi Bank tərəfindən nominalı 1000 manat olan qızıl yubiley pul nişanları tədavülə buraxılıb. Yubiley pul nişanları Böyük Britaniyanın "The Royal Mint” şirkətində istehsal olunub”.

Qeyd edək ki, yubiley pul nişanının üz tərəfində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı, portreti, imzası, arxa tərəfində isə "Azərbaycan Respublikası” sözləri, Azərbaycanın xəritəsi, pul nişanının nominalı və buraxılış ili təsvir edilib. Yubiley pul nişanı Azərbaycan Respublikası ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.
Əsas parametrlər:
Buraxılış ili: 2013
Nominalı: 1000 manat
Metalı: Au 999.9
Çəkisi: 32.3 unsiya (1005 qr)
Diametri: 100 mm
Keyfiyyəti: Pruf
Buraxılış limiti: 5 ədəd
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol