• $
  • €
  • ₽
  • ₺
  • £

Siqaret çəkənlərin sayı azala bilər

Siqaret çəkənlərin sayı azala bilər
14.04.2017 14:00
Hesablama Palatası Azərbaycanda tütün məmulatlarının da Vergi Məcəlləsi ilə aksizlərə cəlb olunmasını təklif edir.

ANN.Az xəbər verir ki, Hesablama Palatasından Trend-ə verilən məlumata görə, Vergi Məcəlləsi ilə (190.1-ci maddə) hazır məhsul olan konyak və şərabla yanaşı, konyak və şərab materialları da aksizə cəlb olunur. 

Palata ölkəyə hər il 1000 tondan çox tütün xammalının idxal olunmasını nəzərə alaraq, aksizlərə yalnız tütünü deyil, eyni zamanda tütün xammalının da aid edilməsini məqsədəuyğun sayıb.

Qurum hesab edir ki, tütün xammalının aksizlərə cəlb olunması sosial əhəmiyyət kəsb etməyən qiymət artımına səbəb olaraq qeyri-neft sektorundan dövlət büdcəsinin gəlirlərinin həcminə müsbət təsir göstərməklə yanaşı, həmin məhsulların istehlakının məhdudlaşmasına səbəb ola bilər.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin 2015-ci ildə ev təsərrüfatları tədqiqatlarının məlumatlarına əsasən, müəyyənləşdirdiyi göstəricilərə görə, Azərbaycanda 15 və daha yuxarı yaşda olan əhali arasında siqaret çəkənlər 35,5%-dir.

Siqaret çəkənlərin 0,4%-i 15-19 yaş arasında olan oğlanlardır. Siqaret çəkənlərin 15,2%-i 20-44, 24,1%-i 45-64 yaşlı, 16,6%-i isə yaşı 65-dən çox olan kişilərdir.

Ümumilikdə, Azərbaycanda yaşı 15-dən çox olan kişilərin 36%-i siqaret çəkir. Siqaret çəkən qadınların sayı isə heç 1%-ə çatmır. Qadınlar gündə orta hesabla 20, kişilər 15,9 ədəd siqaret çəkirlər.

Ölkədə ağciyər xəstəliklərindən ölən 35 yaşdan yuxarı kişilərin 85%-də əsas səbəb olaraq tütün çəkmə göstərilir.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol