• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda “xruşovka” binaların ipoteka problemi

Bakıda “xruşovka” binaların ipoteka problemi
14.04.2017 23:00
Baş nazir Artur Rasizadənin paytaxtın 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar imzaladığı tədbirlər planına əsasən, "xruşovka” kimi tanınan, müvəqqəti yaşayış üçün nəzərdə tutulan, öz istismar müddətini başa vurmuş iripanelli yaşayış binaları sökülərək ərazidə yenidənqurma işləri aparılacaq.

Layihə çərçivəsində 34 bina söküləcək, 1729 ailə köçürüləcək. Yeni binanın inşa müddətində vətəndaşlara kirayə pulu ödəniləcək.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bəs "xruşovka”da evləri ipoteka ilə əldə etmiş vətəndaşların aqibəti necə olacaq?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, "sovetski”də evlər sökülən zaman da ipotekada olan mənzillərin taleyi ən çox müzakirə edilən məsələlərdən idi:

"Evlər sökülür, ödəniş edilirsə, həmin ipotekanın öhdəliyi məsələsi gündəmə gəlir. "Sovetski”dən fərqli olaraq "xruşovka”ların sökülməsi fərdi yanaşmalar tələb edir. Çünki bu yerdə yeni yaşayış binaları inşa ediləcək. İstər ipoteka ilə, istərsə şəxsi mənzilə sahib olanlar yeni binalarda da mənzillə təmin ediləcəklər.

Razılaşdırılmış qaydalara görə, binalar inşa edilən müddətdə şirkət tərəfindən həmin şəxslərə 2 il ərzində kirayə pulu veriləcək. Qərara görə, təklif edilən mənzilin sahəsi əvvəlki mənzilin sahəsindən 20-30% böyük olacaq”. 

Ekspert bildirib ki, əgər mənzil ipotekadadırsa, müqaviləyə uyğun olaraq həmin ipoteka vətəndaşın yeni binadakı mənzilinə transfer edilir: "Bu zaman vətəndaşın ipoteka öhdəliyi qalır. Əgər istəyərsə, ipotekanı tamamilə bağlaya, yaxud əvvəlki qaydada hissə-hissə ödəyə bilər. Bu kommersiya bankı ilə vətəndaş arasında olan razılaşma ilə müəyyən edilir.

Bütün hallarda bankla vətəndaş arasında bağlanan müqavilə önəmlidir. Çünki bankla razılaşmadan vətəndaşın ipotekanı digər mənzilə transfer etmək hüququ yoxdur. Güman olunur ki, kommersiya bankları mövcud şəraitə uyğun olaraq həmin öhdəliklərin yeni mənzillərə şamil olunmasına icazə verəcəklər.

Vətəndaş kirayəyə çıxırsa belə, aralıq müddətdə ipoteka kreditini ödəyə bilər. İpoteka kreditinin vətəndaşdan tam olaraq tələb edilməsi mümkün deyil. "Xruşovka”ların sökülməsi və yerində yeni binaların tikilməsi vətəndaş üçün məqbuldur. 

Çünki o, yeni, böyük və daha komfortlu mənzillərə sahib olacaq. Amma bu, vətəndaşın ipoteka öhdəliyinə artırıla bilməz. Vətəndaş əvvəlki məbləğdə aylıq ödənişini icra etməlidir. Köhnə binada da, yeni binada da vətəndaş ipoteka kreditini tam ödədikdən sonra mənzilin sahibinə çevriləcək”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
ARDNF İtaliya aktivlərinə 2,8 milyard dollar yatırıb
İqtisadiyyat 11:44
ARDNF İtaliya aktivlərinə 2,8 milyard dollar yatırıb
Mikayıl Cabbarov: Azərbaycan İtaliya iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırıb
İqtisadiyyat 11:42
Mikayıl Cabbarov: Azərbaycan İtaliya iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol