• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ bu il uçot dərəcəsini iki dəfə artıracaq

ABŞ bu il uçot dərəcəsini iki dəfə artıracaq
15.04.2017 10:28
ABŞ Federal Ehtiyat Sistemi (FED) 2017-ci ildə uçot dərəcəsini daha 2 dəfə artıracaq.

ANN.Az Report-a istinadən xəbər verir ki, bu barədə məlumat "The Wall Street Journal”ın 7-11 aprel tarixlərində 61 iqtisadçı-respondent arasında apardığı sorğunun nəticələrinə əsasən verilib.

Sorğuda iştirak edənlərin hamısı iyun ayında uçot dərəcəsinin artırılacağını bildirib. Lakin növbəti artımı respondentlərin 66,7%-i sentyabr, 31,1%-i isə dekabr ayında gözlədiklərini ehtimal ediblər.

Həmçinin, qəzetdə dərc olunan məqalədə analitiklərin ABŞ iqtisadiyyatının gələcəyi barədə gözləntilərinin pisləşdiyi bildirilir. Belə ki, onlar ABŞ prezidenti Donald Trampın seçkiqabağı iqtisadi vədlərinə şübhə ilə yanaşmağa başlayıblar. Sorğuda iştirak edən ekspertlərin proqnozuna görə, 2017-ci ilin ilk rübündə ABŞ iqtisadiyyatının illik müqayisədə 1,4% artacaq. Mart ayında bu gözləntilər 1,9%, dekabrda isə 2,3% olub. Martda ABŞ-da resessiya olacağını ehtimal edənlər 14% təşkil edirdisə, apreldə bu göstərici 16%-ə çatıb.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol