• $
  • €
  • ₽
  • ₺
  • £

"Atlet-24" kran gəmisi qayıtdı - FOTOLAR

"Atlet-24" kran gəmisi qayıtdı - FOTOLAR
18.04.2017 22:59
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan 40 tonluq "Atlet-24” kran gəmisi "Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmirdən çıxıb.

QSC-dən Trend-ə verilən məlumata görə, keçən ilin noyabrından başlanan təmir müddətində gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi, rənglənməsi həyata keçirilib. Hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları sazlanıb. Gövdənin yararsız hissələri dəyişdirilib. Baş və köməkçi mühərriklərin nasosları, seperatorlar, boru sistemləri, kayutlar və sair yüksək keyfiyyətlə təmir olunub.

Qeyd edək ki, təmir üçün lazımi detallar "Bibiheybət” Gəmi Təmiri Zavodunun Mexaniki təmir bölməsinin Torna sahəsində hazırlanıb. Avadanlıqların işləkliyinə bir daha əmin olmaq üçün gəmi dəniz sınağından keçiriləcək.

Xatırladaq ki, "Atlet-24” kran gəmisi 1990-cı ildə Polşada inşa edilib. Uzunluğu 63,8 metr, eni 15 metr olan gəmi 1520 at gücünə malik mühəriklə təchiz olunub və surəti 11,24 uzeldir.
 





www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol