• $
  • €
  • ₽
  • ₺
  • £

MİDA Regional Data Mərkəzinin xidmətlərindən istifadə edəcək

MİDA Regional Data Mərkəzinin xidmətlərindən istifadə edəcək
29.05.2020 11:50
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində olan "MİDA" MMC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom” MMC ilə əməkdaşlığa başlayır.
 
MİDA-dan "APA-Economics”ə verilən məlumata görə, iki qurum arasında bağlanmış müqaviləyə əsasən mayın 1-dən etibarən "Elektron hökumət” portalında "Güzəştli mənzil” sisteminin fəaliyyətə başlaması üçün "MİDA” "AzInTelecom”un Regional Data Mərkəzinin server xidmətlərindən və tələb olunan texniki avadanlıqlarının imkanlarından istifadə edəcək.
 
Data Mərkəzi tərəfindən təklif edilən müasir texnologiyalar "Güzəştli mənzil” elektron sisteminin səmərəli fəaliyyətinin, habelə mənzil əldə etmək üçün müraciət edən vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərilməsinin və onların rahatlığının təmin olunmasına şərait yaradacaq. "Güzəştli mənzil” elektron sisteminə daxil edilən məlumatların təhlükəsizliyinin fasiləsiz olaraq tam təmin edilməsi də Data Mərkəzinin əsas üstünlüklərindəndir. Bununla yanaşı məlumat itkisi ilə bağlı risklər minimuma endiriləcək, texniki avadanlıqların quraşdırılması, texniki istismarı üçün etibarlı infrastruktur əldə olunacaq. Bu öz növbəsində, digər maliyyə xərclərinə və vaxt itkilərinə qənaət olunmasına imkan yaradacaq. 
 
"AzInTelecom”un Data Mərkəzində bulud texnologiyalarına əsaslanan "İnfrastruktur xidmət kimi” ("IaaS”) adlanan həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, "backup” və digər) təklif edilir. Büdcə xərclərinin optimizasiyası və idarəetmənin avtomatlaşdırılmasına yönələn "IaaS” xidmətləri artıq çoxsaylı yerli və xarici şirkətlərin marağını özünə cəlb etməyə başlayıb. Bu baxımdan davamlı və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan MİDA-nın tabeliyində olan "MİDA” MMC-nin "Güzəştli mənzil” sisteminin məlumat bazasını "AzInTelecom”un Data Mərkəzində yerləşdirilməsi haqqında müqavilə imzalaması çox mütərəqqi haldır. Data Mərkəzi ilə əməkdaşlıq istismar xərclərini azaltmağa imkan yaratmaqla yanaşı, işin dayanıqlılığına da öz töhfəsini verəcək.
 
Bununla yanaşı, "Güzəştli mənzil” sisteminin elektron hökumət portalında təmsil olunmasını təmin etmək məqsədilə "MİDA” MMC və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tabe olan "AzDataCom” şəbəkəsi arasında da müvafiq əməkdaşlıq barədə müqavilə imzalanıb.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan hər iki qurumla paralel olaraq əməkdaşlığa başlanılması "Güzəştli mənzil” elektron sisteminin müəyyən edilmiş vaxtda işə düşməsini təmin etməklə yanaşı, etibarlı və dayanıqlı infrastrukturun yaradılmasına da imkan verəcək.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol