• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir tranzit daşımalardan danışdı

Nazir tranzit daşımalardan danışdı
26.04.2017 14:00
"Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkəmizin nəqliyyat sektorunun müasirləşdirilməsi və inkişafı üçün məqsədyönlü dövlət siyasəti aparır. Bu uğurlu siyasətin nəticəsidir ki, bu gün dəmir yolu, hava və su nəqliyyatında əsaslı işlər aparılır. Yük və sərnişin daşımlarının həcmi artır”.

ANN.Az xəbər verir ki, bu sözləri Bakıda təşkil edilən Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika "Road and Traffıc 2017” sərgisinin açılışında Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

"Cənab prezidentin daim vurğuladığı kimi tranzit daşımalar təbii sərvətlər ilə müqayisədə qat-qat qiymətlidir.

 Tranzit üçün yaradılan etibarlı və müasir infrastruktur imkan verir ki, qoyulan investisiyalar gəlirə çevrilsin.

 Şərqlə qərb arasında körpü rolunu oynayan Azərbaycan hazırda dünyada mühüm tranzit daşımalarda əsas tərəfdaşlardan biri kimi qəbul edilir.

Hazırda Xəzər dənizinin sahilində ən böyük dəniz limanının inşası aparılır. Limanın yaxınlığında yaradılan xüsusi azad ticarət zonası ölkəmizə investisiya yatırımı üçün geniş şərait yaradır. İrəlidə görülən işlər çoxdur, inanıram ki, qarşımızda qoyulan vəzifələri layiqincə həyata keçirəcəyik”, - deyə R.Quluzadə bildirib.

Nazir sərginin nəqliyyat sektorunda əhəmiyyətindən də danışıb:

"Ölkəmizdə ənənəvi olaraq hər il keçirilən Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika "Road and Traffic” beynəlxalq sərgisinə maraq ildən-ilə artmaqdadır.

İnanıram ki, ən son texnologiyaların və yeniliklərin nümayiş olunduğu bugünkü tədbirimizdə həmişə olduğu kimi təcrübə mübadiləsinə və yeni əməkdaşlıqların qurulmasına xidmət edəcəkdir”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol