• $
  • €
  • ₽
  • ₺
  • £

Tikinti aparılan yerlərdə kameralar quraşdırılacaq

Tikinti aparılan yerlərdə kameralar quraşdırılacaq
02.05.2017 19:00
Hökumət tərəfindən tikinti sektorundakı qeyri-rəsmi məşğulluğa qarşı mübarizə gücləndirilib. Bu tədbirlər işləyənlərin xeyrinədir. 

ANN.Az "Marja”ya istinadən xəbər verir ki, bir neçə gün öncə Azərbaycan prezidentinin fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılıb. 

Mərkəz qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqin həyata keçirilməsi və nəzarət fəaliyyətinin əlaqələndirilməsilə məşğul olacaq.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin ştat sayının azaldılması hesabına Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 50 ştat vahidi artırılacaq.

Obyektlərdə tikintini həyata keçirən fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılacaq.

Kameralar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunan şəxslərin müəyyən edilməsi məqsədilə quraşdırılacaq. 

Monitorinq Mərkəzi tikinti obyektlərində quraşdırılan kameralar vasitəsilə müşahidələr aparacaq. İlk öncə işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sistem yaradılacaq.

Müşahidə kameraları, analitik tanıma sistemi və elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyəti orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qrupları göndəriləcək.

Aşkar edilmiş faktların sənədləşdirilməsi, inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi və ya təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün sənədlər aidiyyəti dövlət orqanına göndəriləcək.

Sayt yazır ki, mexanizm işə düşdükdən sonra tikinti şirkətlərinin qanunsuz işçi çalışdırması çətinləşəcək. 

Tikinti şirkətləri fəhlələr ilə əmək müqaviləsi bağlamaq məcburiyyətində qalacaq, bu da onların vergi və sosial müdafiə ödənişlərinin xeyli artması ilə nəticələnəcək. 

Əməkhaqqı tikintidə maya dəyərinin formalaşmasında əsas xərclərdən biridir. Əməkhaqqı fondu artacağından tikintinin maya dəyəri də artacaq. Maya dəyərinin artması isə mənzillərin qiymətlərində də əks oluna bilər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol