• $
  • €
  • ₽
  • ₺
  • £

TAP-ın Yunanıstan hissəsində ilk hidrotest tamamlanıb

TAP-ın Yunanıstan hissəsində ilk hidrotest tamamlanıb
29.05.2020 04:59
Boru kəmərinin digər hissələrində də ilin sonuna qədər yoxlama aparılacaq

REPORT.AZ/ Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəmərinin (TAP) Yunanıstan hissəsində ilk hidrotest tamamlanıb.

"Report” xəbər verir ki, bu barədə TAP konsorsiumu məlumat yayıb: "Hidrostatik test kimi də tanınan bu üsul boru kəmərinin təhlükəsizliyini yoxlamaq üçündür. Kəmərin bütövlüyünü yoxlamaq və fəaliyyətə başladığı zaman təhlükəsiz əməliyyata əmin olmaq üçün boru kəməri su ilə doldurulub və əməliyyat prosesində nəzərdə tutulandan daha çox təzyiqdə yoxlanılıb".

Qeyd olunub ki, hidrotest boru kəmərinin Yunanıstan hissəsinin ilk 1,4 km-də tətbiq edilib. Məlumata görə, bu, ilk uğurlu yoxalamdan sonra boru kəmərinin digər hissələrində də ilin sonuna qədər yoxlama aparılacaq.

TAP-ın Yunanıstan üzrə ölkə meneceri Rikard Skufias bildirib ki, boru kəmərinin inşasının nəzərdə tutulan qrafikdən öncə irəliləməsindən sonra hidrotestin müvəffəqiyyətli olması digər böyük addımdır.

O qeyd edib ki, aprelin sonuna Yunanıstan hissəsinin inşasında istifadə olunması nəzərdə tutulan 32 min borudan 66%-dən çoxu alınıb: "Layihə marşrutunun 270 km-i təmizlənib. Boru kəmərinin 234 km-də borular düzülüb, 203 km-də qaynaqlanıb”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə ilkin olaraq "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol