• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Xidməti: “Elba” şirkəti ölmüş heyvan ətlərini ört-basdır etmək istəyir

Dövlət Xidməti: “Elba” şirkəti ölmüş heyvan ətlərini ört-basdır etmək istəyir
12.05.2017 23:55
Aprelin 28-də televiziya proqramlarının birində ictimaiyyətə təqdim edilmiş süjetdə fabrikin iş icraçısı kimi adı aktda qeyd edilən vergi ödəyicisi - fiziki şəxs İlham Qarayevlə "Elba” MMC-nin nümayəndəsi Səbuhi Cahangirovun fikirləri ziddiyyətli olub və biri digərini təkzib edib.

Həmin süjetdə İlham Qarayev orada onun yalnız 300 kq ətinin olmasını bildirib və qeyd edib ki, digər aşkarlanan ətlərin hamısı "Elba” MMC-yə məxsusdur.

Oxu.Az-a bu barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bildirilib:

"Aşkarlanan ətlərdən müayinə üçün nümunələr götürülən zaman özlərini "Elba” MMC-nin nümayəndələri kimi təqdim edənlər müayinə üçün onlara da götürülən nümunənin verilməsi barədə Daşkəsən Rayon Polis Şöbəsinə müraciətləri olmamış və bu barədə aktda heç bir əlavə qeyd edilməyib.

Qarayev İlham Teyyub oğlu və digərləri öz qanunsuz əməllərini, bakterioloji çirklənməyə məruz qalmış, ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at və iribuynuzlu heyvan ətlərini ört-basdır etmək məqsədi ilə bu cür iyrənc, şər və böhtan xarakterli fikirləri mətbuat səhifələrinə çıxarmaqdan çəkinmir və insanları çaşdırmağa çalışırlar.

"Elba” MMC-yə məxsus kəsim və emalı fabrikinin soyuducu kameralarında aşkar olunan ətlərdən götürülən nümunələrin beşinin ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at ətləri olması, digər nümunələrin isə aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvan ətlərinin olması müəyyən edilib.

Həmçinin həm at ətinin, həm də iribuynuzlu heyvan ətlərinin insan sağlamlığına, səhhətinə zərər yetirən bakteriyalarla çirkləndiyi müəyyən olunub.

Laboratoriya ekspertizalarının nəticələri müvafiq araşdırmalar aparan Daşkəsən Rayon Polis Şöbəsinə göndərilib”.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, heç vaxt qərəzli mövqe tutmamış, bu günə qədər "Elba” MMC-lə və ya hər hansı qurumla heç bir qərəzli münasibətdə olmamışdır:

"Dövlət Baytarlıq Nəzarəti Xidməti haqqında yazılan bu məlumatların heç biri həqiqəti əks etdirmir, qərəzli və əsassızdır”, - deyə Xidmətin mətbuat xidmətindən qeyd edilib. 

Qurum qeyd edir ki, hal-hazırda Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən araşdırmalar aparılır.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol