• $
  • €
  • ₽
  • ₺
  • £

"Moody's" "ABB-Moskva"nın reytinqini nəzarətə götürüb

"Moody's"  "ABB-Moskva"nın reytinqini nəzarətə götürüb
29.05.2020 09:42
ABB-Moskvanın aktivlərinin 75%-i ABB-də banklararası kredit formasında yerləşdirilib.

"Moody's" beynəlxalq reytinq agentliyi "Azərbaycan Beynəlxalq Bankı (ABB)-Moskva"nın uzunmüddətli xarici və yerli valyutada olan reytinqini azaltmaq üçün müşahidə altına alıb.
 
"Anews" "Moody's" agentliyinə istinadən xəbər verir ki, hazırda Bankın uzunmüddətli yerli və xarici valyutada reytinqi "B2", baza kredit qiymətləndirməsi üzrə "b3", tənzimlənmiş baza kredit qiymətləndirməsi üzrə "b2" və uzunmüddətli kontragentin risk qiymətləndirilməsi üzrə reytinqini "B1" səviyyəsində yer alıb.

Agentlik "ABB-Moskva"nın kredit reytinqinə baxılması ilə bağlı qərarını Bankın təsisçisi olan ABB-nin reytinqinin mayın 15-də "Caa3" səviyyəsinə endirməsi ilə əlaqələndirib. "ABB-Moskva"nın reytinqinin dəyişdirilməsi ABB-nin borclarının restrukturizasiyası planı, hökumətin ABB qrupa gələcəkdə dəstəyi və ABB-nin depozit reytinqinə təsiri ilə əlaqədar baş tutacaq.

"ABB-Moskva"nın uzunmüddətli kredit reytinqini azaltmaq üçün müşahidə altına alınması Azərbaycan dövlətinin ABB qrupuna qeyri-müəyyən dəstəyi və ABB ilə "ABB-Moskva"nın mövcud əlaqələri ilə izah edilib.

Belə ki, 2017-ci ilin ilk rübünün sonuna "ABB-Moskva"nın aktivlərinin 75%-i banklararası kredit formasında ABB-də yerləşdirilib. Təsisçi bank isə öz növbəsində "ABB-Moskva"nın öhdəliklərinin 20%-ni maliyyələşdirib.

Agentlik AB-nin borclarnın restrukturizasiyası planı bitdikdən və hökumətin Banka dəstəyi ilə bağlı məlumatların əldə edilməsindən sonra "ABB-Moskva"nın kredit reytinqinin azaldılması ilə bağlı qərarını açıqlayacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol