• $
  • €
  • ₽
  • ₺
  • £

Sosial evlər üçün qeydiyyat başlayır: Tarix açıqlandı

Sosial evlər üçün qeydiyyat başlayır: Tarix açıqlandı
25.05.2017 12:20
Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qeydiyyatına mayın 30-dan etibarən başlanılacaq.

Bu barədə agentlikdən Oxu.Az-a bildirilib. 

Sistemdən istifadə ilə bağlı ətraflı təlimatla, habelə güzəştli mənzil almaq hüququna malik şəxslərin kateqoriyaları və hər bir kateqoriya üzrə təqdim edilməli sənədlərin siyahısı ilə www.mida.gov.az vəya www.mida.az  "internet-saytları”nın ana səhifəsində yerləşən "Güzəştli Mənzil Sistemi”  keçidi vasitəsilə tanış olmaq mümkündür. 

Saytın bu bölməsində "Elektron hökumət” portalında yerləşən "Güzəştli mənzil” sisteminə daxil olmaq üçün keçid də təqdim olunub.

Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkün olacaq. "Elektron hökumət” portalında "Güzəştli mənzil” sisteminə gücləndirilmiş elektron imza ilə müraciət vətəndaşların fərdi məlumatlarının mühafizəsini, portal vasitəsilə aparılan əməliyyatların dəqiq və təhlükəsiz həyata keçirilməsini təmin edir.

Vətəndaşlar Elektron İmzanı və ya Asan İmzanı müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Məlumat Hesablama Mərkəzindən və ya "ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.

Vətəndaşların rahatlığını təmin etmək, "Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə müraciəti qeydiyyata alaraq elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə müraciətlərin qəbulu müvafiq "ASAN xidmət” mərkəzlərində də təşkil olunacaq.

Güzəştli mənzil əldə etmək hüququna malik şəxsin sənədləri Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı "ASAN xidmət” mərkəzlərində və Sumqayıt "ASAN xidmət” mərkəzlərində qəbul edildikdən və 5 iş günü ərzində müvafiq kateqoriyaya aid olması təsdiq olunduqdan sonra, ona "Güzəştli mənzil” elektron sistemində şəxsi kabinetin yaradılması barədə bildiriş göndəriləcək. Bildiriş almış vətəndaş sistemdən və elektron kabinetindən Elektron İmza və ya Asan İmza vasitəsilə istifadə edə biləcək.

Şəxsi elektron kabinetin yaradılması vətəndaşın güzəştli mənzil almaq hüququnu təsdiq edir və mənzil alana qədər qüvvədədir. Mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız 1 dəfə istifadə edə bilər.

"Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malik olacaqlar.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə "Güzəştli mənzil” sistemi haqqında Əsasnamə təsdiq edilib. 

Ölkə başçısının "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən "Güzəştli mənzil” sistemi "Elektron hökumət” portalında (www.e-gov.az) yaradılıb. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol