• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”-ın dəstək olduğu informatika üzrə ümumrespublika olimpiadasının qalibləri mükafatlandırılıb

“Nar”-ın dəstək olduğu informatika üzrə ümumrespublika olimpiadasının qalibləri mükafatlandırılıb
29.05.2020 07:11
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi, Heydər Əliyev Fondu, Təhsil nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu və "Nar”-ın birgə təşkilatçılığı ilə keçirilən "Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası” qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

11-ci olimpiadanın yekun nəticələrinə əsasən, Bakı Mühəndislik Universitetinin "BEU Programmers” komandası 1-ci, Bakı Dövlət Universitetinin "CtrlZ” komandası 2-ci, ADA Universitetinin "ADA U1” komandası 3-cü, Bakı Ali Neft Məktəbinin "BHOS2” komandası isə 4-cü yeri tutub.

Qaliblər Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi tərəfindən fəxri fərman və diplomlarla, eləcə də "Nar” operatoru ilə "BestComp Group” şirkətinin təqdim etdikləri qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, eyni zamanda qaliblər sırasından seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir. Müxtəlif sahələri əhatə edən çoxşaxəli "Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri də məhz gənc kadrların yetişdirilməsi və təhsil sahəsidir.

"Nar” KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol