• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bağlanan banklar 733 mln. manat kompensasiya ödəyib

Azərbaycanda bağlanan banklar  733 mln. manat kompensasiya ödəyib
26.05.2017 11:45
Bank Standardın qorunan əmanətçilərinə 437,35 mln. manatdan artıq kompensasiya verilib və öhdəliyin 99%-i icra olunub.

Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən sığorta hadisəsi baş vermiş bankların qorunan əmanətçilərinə 733,318 mln. manatdan artıq kompensasiya ödənilib.
"Report" bu barədə Fonda istinadən xəbər verir.

Fond tərəfindən "Parabank” ASC-nin qorunan əmanətçilərinə 43,218 mln. manat (ümumi kompensasiya öhdəliyinin 98,5%-i), "Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 58,229 mln. manat (80%), "Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27,771 mln. manat (99,9%) və "Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3,087 mln. manatdan (98,7%) artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 132,305 mln. manatdan artıq kompensasiya ödənilib.

"Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14,35 mln. manat (98,2%), "Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 2,004 mln. manatdan (96%) artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16,354 mln. manatdan artıq kompensasiya ödənişi edilib.

"Bank Standard”ın qorunan əmanətçilərinə 437,346 mln. manatdan artıq kompensasiya verilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99,1%-i əmanətçilərə ödənilib.
"United Credit Bank” ASC-nin qorunan əmanətçilərinə 1,743 mln. manatdan artıq kompensasiya (83%) ödənilib. 

Ləğv prosesində olan "Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət yanvarın 27-də başa çatıb və bu tarixədək Bankın qorunan əmanətçilərinə 24,161 mln. manat (97%) kompensasiya ödənilib.

Ləğv prosesində olan "Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət fevralın 4-də başa çatıb və bu tarixədək "Gəncəbank”ın qorunan əmanətçilərinə 976,44 min manat (94%) kompensasiya ödənilib.

Ləğv prosesində olan "Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət fevralın 12-də başa çatıb və hmin vaxta kimi Bankın qorunan əmanətçilərinə 120,433  mln. manatdan artıq (98,2%) kompensasiya verilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol