• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici kreditorlar ABB-nin restrukturizasiya planını rədd ediblər?

Xarici kreditorlar ABB-nin restrukturizasiya planını rədd ediblər?
29.05.2020 05:16
Azərbaycan Dövlət Neft Fondunun ABB-dəki depozitlərinin restrukturizasiya planına daxil edilməsi yekun qərara ciddi təsir edə bilər.

İlk xəbər saat 10:36-da verilib.

Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici kreditorları Bankın 3,3 mlrd. ABŞ dolları həcmində olan borcunun restrukturizasiyası ilə bağlı onlara təklif edilən planı bloklamaq üçün addımlar atırlar. "Report"un "Finanz.ru" saytına istinadən verdiyi xəbərə görə, xarici kreditorlar qeyd edirlər ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ABB-dəki depozitlərinin restrukturizasiya planına daxil edilməsi nəticəsində onların yekun qərarda səslərini zəiflədib.

"ABB-nin Londondakı iclasda təqdimatı kreditorların hiddətinə səbəb olub. Dövlət tərəfindən nəzarət olunan ARDNF-nin restrukturizasiya planına daxil edilməsi Banka səslərin təxminən 1/3-ni təmin edir. Nəticədə, xarici investorların plana qarşı çıxmaq şansı azalır", - deyə məlumat mənbəyi qeyd edir.

Kreditorlar narahatlıqlarını Londondakı görüşdə maliyyə naziri Samir Şərifova bildiriblər. Dövlətin ABB-yə dəstəyinin nədən birdən-birə kəsildiyi barədə sualı cavablandıran nazir deyib ki, ABB-yə heç vaxt dövlət zəmanəti olmayıb: "Bank dövlətə aid olsa da, bu o demək deyil ki, hökumət onun borclarının restrukturizasiyasına aid məsuliyyəti öz üzərinə götürür". Bununla yanaşı, S.Şərifov kreditorları planı qəbul etməyə çağırıb.

Bununla yanaşı, ABŞ-ın "Shearmean & Sterling LLP" transmilli hüquq şirkətinin "çox sayda beynəlxalq təcrübəli maliyyə institutları" adından yazdığı məktubda bildirilir ki, kreditorların iradları restrukturizasiya planında nəzərə alınmasa, "qrup üzvləri öz maraqlarını qorumaq üçün müvafiq addımlar atmağa hazırdır".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol