• $
  • €
  • ₽
  • ₺
  • £

Elə sahədə 2-3 manata satılır

Elə sahədə 2-3 manata satılır
29.05.2020 10:31
Faydalı və gəlirli tərəvəz hesab edilən sarımsağın becərilməsinə ölkəmizdə maraq artmaqdadır. Bərdə rayon Soğanverdilər kənd sakini Allahverdi Abdullayev də bu il 9 hektar sahədə sarımsaq bitkisi becərib.
 
Allahverdi Abdullayev bildirib ki, sarımsağın becərilməsi ilə hələ sovetlər dövründə məşğul olub. Sonrakı illərdə digər tərəvəz bitkiləri becərən fermer təsərrüfatın bu sahəsi gəlirli olduğu üçün yenidən sarımsaq becərmək qərarına gəlib: "Hazırda Azərbaycanda sarımsaq az becərilir, satış qiyməti isə yüksəkdir. Düşündüm ki, yeni becərmə texnologiyasından istifadə etməklə yüksək məhsuldarlıq əldə etmək və gəlir götürmək olar. Odur ki, sentyabr ayında sahələrə sarımsaq əkdik”.
 
Fermer deyir ki, müasir becərmə texnologiyalarından, tirəyə əkin və damcı suvarma üsulundan istifadə etməklə yüksək məhsuldarlığa nail olub: "Müasir üsulla becərmə bir qədər çox vəsait tələb etsə də, yüksək məhsul almaq mümkündür. Əgər ənənəvi üsulla sarımsaq bir cərgədə əkilirdisə, yeni üsulla iki cərgədə əkilir. Bitkinin suvarılması damcı üsulu ilə həyata keçirilir. Bu zaman suya qənaət edilir, su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlamır, yumşaq qalır, məhsuldarlıq yüksəlir. Belə ki, ənənəvi yolla becərmə zamanı məhsuldarlıq hər hektardan 9-10 ton olurdusa, yeni üsulla becərmə zamanı hektardan orta hesabla 16 ton sarımsaq götürülür”.
 
Hazırda sahələrdə sarımsaq yığımı davam edir. Fermer bildirir ki, istehsal olunan məhsul elə sahədə 2-3 manata satılır. Alıcılar sarımsağı birbaşa sahədə alaraq, ölkə daxilindəki bazarlara, həm də Rusiya bazarlarına çıxarırlar.
 
Təsərrüfatında növbəli əkin sistemi tətbiq edən A.Abdullayev qeyd edib ki, sarımsaq yığımı başa çatdıqdan sonra həmin sahədə yerkökü becərəcək. Fermer həmçinin sarımsaq əkini sahələrini daha da genişləndirməyi, sentyabr ayında 20 hektar sahədə sarımsaq əkməyi nəzərdə tutur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol