• $
  • €
  • ₽
  • ₺
  • £

"BP-Azerbaijan" sosial layihələrə 72 mln. dollar xərcləyib

"BP-Azerbaijan" sosial layihələrə 72 mln. dollar xərcləyib
02.06.2017 14:00
"BP şirkətinin əməliyyatçısı olduğu layihələr vasitəsi ilə BP və tərəfdaşları tərəfindən Azərbaycana təxminən 66 mlrd. dollar investisiya qoyulub".

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Xəzər neft-qaz konfransında çıxış edən "BP-Azerbaijan"ın vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

B.Aslanbəylinin sözlərinə görə, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan bu günə qədər 3 mlrd. bareldən artıq neft hasil edilib: "1997-ci ildən etibarən "AÇG"-dən 3 mlrd. bareldən artıq neft hasil edilib.

Ötən 12 il ərzində "AÇG" yatağından təxminən 30 mlrd. kubmetrdən artıq səmt qazı hasil edib Azərbaycana təhvil vermişik". 

"2006-cı ilin sonundan etibarən "Şahdəniz" layihəsi regional bazarlara 80 mlrd. kubmetrdən artıq qaz nəql edib. BTC boru kəməri vasitəsilə 360 mln. tondan artıq, yəni 2,7 mlrd. bareldən çox xam neft nəql edilərək 3 550-dən artıq tankerə yüklənib və neft bazalarına göndərilib", - deyə BP rəsmisi qeyd edib.

B.Aslanbəyli bildirib ki, "Şahdəniz-2" dünyada ən çətin layihələrdəndir: "Bütün işlərimiz landşafta minimal təsirlə yerinə yetirilir. Təkcə onu qeyd etmək lazımdır ki, 20 ildə ən azı 110 ətraf mühitə təsirin qiymətləndirilməsi prosesi aparmışıq. Dəniz, quru və sahilyanı zonanın monitorinqi üzrə təxminən 200 tədqiqat həyata keçirmişik".

Şirkət vitse-prezidenti deyib ki, təmsil etdiyi qurum bu vaxta qədər Azərbaycanda sosial layihələrə 72 mln.
 dollara yaxın vəsait ayırıb: "2016-cı ilin sonuna qədər "BP-Azerbaijan"ın ixtisaslaşmış heyətinin 87%-ni Azərbaycan vətəndaşları təşkil edib. Müqayisə üçün deyək ki, bu rəqəm 2015-ci ildə 84% olub. 2018-ci ilin sonunda bu rəqəmin 90%-ə çatdırılmasını hədəf qoymuşuq. Yerli rəhbər işçilərin sayı 314 nəfərə çatıb ki, bu da yerli ofisdə çalışan ümumi rəhbər işçilərin 57%-i deməkdir. Bunların təxminən 20%-i qadınlardır. Təkcə ötən il ərzində 22 azərbaycanlı digər ölkələrdə yüksək vəzifələrə təyinat alıblar".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol