• $
  • €
  • ₽
  • ₺
  • £

Heydər Əliyev adına Neft Emalı Zavodunda üç yeni qurğu istifadəyə verilib

Heydər Əliyev adına Neft Emalı Zavodunda üç yeni qurğu istifadəyə verilib
07.06.2017 18:20
Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində susoyutma qurğusunun istismara verilməsi ilə əlaqədar keçirilən tədbirdə iştirak ediblər.
 
"APA-Economics”in məlumatına görə, susoyutma qurğusuna gələn SOCAR prezidenti onu müşaiyət edən şəxslərlə birgə qurğuya baxış keçirib, onun iş rejimi ilə tanış olublar. Bildirilib ki, SOCAR-ın ”Neftqaztikinti” Tresti tərəfindən 2015-ci ildən etibarən tikilən susoyutma qurğusunun baza layihəsi zavodla Fransanın "Hamon Thermal Europe” firması, texnoloji qurğulara ötürülən təmizlənib və soyuq su xətlərinin çəkilişi layihəsi isə "Neftqazelmitədqiqatlayihə" İnstitutu tərəfindən işlənilib. Qurğunun dövr etdirilən suya görə məhsuldarlığı saatda 7000 kubmetrdir. Qurğunun istismara buraxılması texnoloji qurğuların soyutma suyu ilə fasiləsiz və daha etibarlı təminatına imkan verəcək, kənar mənbələrdən suyun alınması asılılığı aradan qaldırılacaq, qurğulardan qayıdan dövrü su 45ºC temperaturdan 32ºC temperatura qədər soyudularaq təkrarən dövriyyəyə qaytarılacaq.
 
İsti yay aylarında qurğuların fasiləsiz su ilə təmin edilməsi alınan neft məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasına, eləcə də itkilərin azaldılmasına imkan yaradacaqdır. Qurğu eyni funksiyalı iki bölmədən ibarətdir və bölmələrin hər biri sərbəst işləyə bilir. Soyudulmuş suyun qurğulara verilməsi xətlərində təzyiqin, temperaturun və sərfin ölçülməsi üçün nəzarət-ölçü və avtomatika cihazları quraşdırılıb. Qurğuda su itkisinin kompensasiya olunması məqsədi ilə Ceyranbatan sistemindən əlavə xətlər, habelə elektrik enerjisi ilə təminatın gücləndirilməsi üçün ərazidə inşa edilmiş yeni elektrik yarımstansiyasından yeraltı və yerüstü gərginlik xətləri çəkilmişdir. Susoyutma qurğusunun yanğınsöndürmə sistemi üçün hər birinin gücü saatda 130 kubmetr olan 2 (1 işçi, 1 ehtiyat) nasos quraşdırılmış, işçi heyəti üçün operator otağı inşa edilib.
 
Daha sonra R. Abdullayev və onu müşayiət edən şəxslər illik məhsuldarlığı 779840 ton olan 54 nömrəli doymuş amin məhlulunun regenerasiyası qurğusunda aparılan yenidənqurma işləri ilə tanış olublar. Baxış zamanı SOCAR prezidentinə məruzə edilib ki, 54 nömrəli regenerasiya qurğusunda aparılan modernizasiya işlərindən sonra "Azərkimya” İstehsalat Birliyinə nəql olunan quru qazın keyfiyyəti yaxşılaşdırılmış, eləcə də ildə 6000 ton kaustik sodaya qənaət olunub. Qurğunun quru qazın təmizlənməsi bölməsində metil-dietanol amin məhlulu hidrogen sulfidlə doyandan sonra regenerasiya olunaraq yenidən təmizlənmə prosesinə qaytarılır. Proses demək olar ki, metil-dietanol amin məhlulunun itkisi olmadan və ətraf mühitə zərər vermədən davam etdirilir.
 
Sonda SOCAR rəhbərliyi 1980-ci ildən istismarda olan katalitik riforminq qurğusuna baxış keçirib. Burada qeyd olunub ki, qurğuda mövcud nəzarət-ölçü və avtomatika cihazları ən müasir XPERİON PKS tipli yeni avtomatik idarəetmə sistemi ilə əvəz edilib. Bu sistem idarəetmədə insan amilini minimuma endirməklə yanaşı, qurğunun istismarı zamanı təhlükəsizliyin tam təminatına da imkan yaradır, istehsal olunan məhsulların həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə müsbət təsirini göstərir.
 
Zavodda aparılan yenidənqurma və müasirləşdirmə tədbirlərindən razılığını bildirən R. Abdullayev yeni istehsalat obyektlərinin istifadəyə verilməsini bu istiqamətdə davam etdirilən işlərin növbəti mərhələsi kimi qiymətləndirib, qurğuların zavodun fəaliyyətində, emalçıların iş şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol