• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il OPEC-in gündəlik neft hasilatı 32,3 milyon barrel olacaq

Bu il OPEC-in gündəlik neft hasilatı 32,3 milyon barrel olacaq
08.06.2017 10:45
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft hasilatı bu il gündəlik orta hesabla 32,3 milyon barrel olacaq.

Anews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Məlumatda bildirilir ki, 2018-ci ildə OPEC üzrə neft istehsalı sutkada 32,8 milyon barrel təşkil edəcək.

EIA-nın əvvəlki hesabatına görə, 2017-ci və 2018-ci il üzrə OPEC-in neft hasilatına dair proqnoz müvafiq olaraq sutkada 0,4 milyon və 0,2 milyon barrel azalıb. Buna səbəb isə OPEC və bəzi qeyri-OPEC ölkələrinin mayın 25-də neft hasilatının azaldılması üzrə sazişin müddətinin uzadılması barədə qərar vermələridir:

"Hazırkı proqnozda OPEC-in neft hasilatının azaldılması üzrə sazişin müddətinin gələn ilin martından sonrakı dövrü də əhatə edəcəyi nəzərə alınıb”.

Xatırladaq ki, 2001-ci ildən indiyədək ilk dəfə ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq, 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu saziş cari il iyulun 1-dək qüvvədə idi. Mayın 25-də isə OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol