• $
  • €
  • ₽
  • ₺
  • £

"Kaspersky Lab": Azərbaycan kiberhücumlara daha çox məruz qala bilər

"Kaspersky Lab": Azərbaycan  kiberhücumlara daha çox məruz qala bilər
16.06.2017 20:00
Kaspersky Lab şirkətinin təsisçisi və baş icraçı direktoru Yevgeni Kasperski Bakıya gəlməyə hazırlaşır.

Azərbaycan mövcud geosiyasi risklərlə əlaqədar kiberhücumlara daha çox məruz qala bilər. Bunu "Report”a açıqlamasında "Kaspersky Lab" şirkətinin vitse-prezidenti Anton Şinqaryov deyib.

Onun sözlərinə görə, bu cür hücumlar istənilən ölkədə baş verə bilər və bəzən güclü proqramçılar özləri kibrcinayətkarlara çevrilir. Bu baxımdan Azərbaycan da istisna deyil.

"Həmçinin, mürəkkəb geosiyasi şəraitdə, Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanda kiberhücum riski yüksəkdir. Dağlıq Qarabağ münaqişəsini nəzərə alaraq deyə bilərəm ki, ölkənin informasiya texnologiyaları infrastrukturunun qorunması mühüm əhəmiyyət kəsb edir. Üstəlik, ölkənin güclü sənaye və maliyyə sektoruna sahibdir ki, bu da əlavə potensial risk deməkdir”, - deyə şirkət rəsmisi qeyd edib.

A.Şinqaryov həmçinin deyib ki, "Kaspersky Lab" şirkətinin təsisçisi və baş icraçı direktoru Yevgeni Kasperski Bakıya gəlməyə hazırlaşır. Bu günlərdə baş butacaq səfər çərçivəsində o, Azərbaycan paytaxtında "Formula-1" yarışlarını izləyəcək. "Yarışların iştirakçısı olan "Ferrari" komandasının sponsoru "Kaspersky Lab"dır.

Yevgeni "Formula-1", sürət həvəskarıdır. O, Münhendə (Almaniya) keçirilən Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə görüşüb və bu görüşdə Bakı Qran-Prisinə dəvət alıb. Yevgeni Bakıda çox olsa da, bu yarışı Azərbaycan paytaxtında izləyə bilməyib”.

Şirkət nümayəndəsi onu da bildirib ki, Y.Kasperskinin səfər zamanı Azərbaycanın dövlət başçısı ilə görüşəcəyi istisna olunmur: "Bu görüş təsdiqlənməsə də, onun üçün istək var. Həmçinin, səfər zamanı bir sıra dövlət və özəl qurumların rəhbərləri ilə görüşlər nəzərdə tutulub. Güclü sənayesi olan Azərbaycan böyük əhəmiyyət kəsb edən bazardır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol