• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 18 marşrut xətti dəyişdi

Bakıda 18 marşrut xətti dəyişdi
17.06.2017 14:50
Bakıda keçiriləcək "Formula-1" Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə bu gündən 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, "Formula-1" Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar olaraq 17 iyun tarixində qismən, 19 iyun tarixində isə tam bağlanacaq yollara görə aşağıdakı marşrut xətlərində dəyişikliklər edilib:
 
- 1 və H1 (Baku Bus) - marşrut avtobuslarının hərəkəti D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. - Y.Səfərov küç. xətti ilə təşkil ediləcək;
 
- 2 nömrəli marşrut  avtobuslarının hərəkəti D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. xətti ilə təşkil ediləcək;
 
- 4 nömrəli marşrut avtobuslarının hərəkəti 28 may m/st. - D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. -Y.Səfərov küç. xətti ilə təşkil ediləcək;
 
- 5 nömrəli marşrut avtobuslarının hərəkəti 28 may m/st. - A.Puşkin küç - 28 May küç - R.Behbudov küç. xətti ilə təşkil ediləcək;
 
- 6 nömrəli marşrut avtobuslarının hərəkəti M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. - M.Müşviq küç. xətti ilə təşkil ediləcək;
 
- 8 nömrəli marşrut avtobuslarının hərəkəti Ş.Bədəlbəyli küç - R.Behbudov küç - S.Rəhimov küç - Azadlıq pr. - Puşkin küç. xətti ilə təşkil ediləcək;
 
- 14 nömrəli marşrut avtobuslarının hərəkəti Ş.Bədəlbəyli küç - R.Behbudov küç - S.Rəhimov küç - Azadlıq pr. - Puşkin küç. xətti ilə təşkil ediləcək;
 
- 18 nömrəli marşrut avtobuslarının hərəkəti M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. -  M.Hüseyn küç. xətti ilə təşkil ediləcək;
 
- 21 nömrəli marşrut avtobuslarının hərəkəti 28 may m/st. - D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. -Nobel pr. xətti ilə təşkil ediləcək;
 
- 31 nömrəli marşrut avtobuslarının hərəkəti M.Müşfiq küç. - Nərimanov küç. - M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. - Nəriman Nərimanov küç.  - M.Müşfiq küç. xətti ilə təşkil ediləcək;
 
- 37 nömrəli marşrut avtobuslarının hərəkəti M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. - N.Nərimanov küç. xətti ilə təşkil ediləcək;
 
- 46 nömrəli marşrut avtobuslarının hərəkəti 28 may m/st. - D.Əliyeva küç. - K.Səfərəliyeva küç. - Neftçilər pr. xətti ilə təşkil ediləcək;
 
- 61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. - Ş.Bədəlbəyli küç. - S.Rüstəm küç. - D.Əliyeva küç. -  R.Behbudov küç. - S.Əsgərova  küç. - S.Vurğun küç. xətti ilə təşkil ediləcək;
 
- 65 nömrəli marşrut son dayanacağı Füzuli küç. - Ş.Bədəlbəyli - Füzuli küç - Ş.Qurbanov küçəsində təşkil ediləcək;
 
- 77 nömrəli marşrut avtobuslarının hərəkəti M.Müşfiq küç. - Nərimanov küç. - M.Hüseyn küç. - B.Sərdarov küç. - H.Seyidbəyli küç. - Nəriman Nərimanov küç.  - M.Müşfiq küç. xətti ilə təşkil ediləcək;
 
- 88 nömrəli marşrut avtobuslarının hərəkəti 28 may m/st. - Puşkin küç. - 28 May küç - R.Behbudov küç. xətti ilə təşkil ediləcək;
 
- 125 nömrəli marşrut  avtobuslarının hərəkəti "Lökbatan" NMM - Bayraq meydanı - M.Useynov küç. - 20-ci sahə xətti ilə təşkil ediləcək.
 
Xatırladaq ki, əvvəlcədən müəyyən edildiyi kimi marşrut xətləri üzrə dəyişikliklər 17 iyun tarixinə planlaşdırılsa da "Azneft" dairəsində yolda aparılan təcili təmir işləri ilə əlaqədar 5,6, 88 və 125 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası iyunun 14-dən dəyişdirilib. Dəyişikliklə əlaqədar əvvəlcədən müvafiq marşrut xətti üzrə daşıyıcılara xəbərdarlıq edilib.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol