• $
  • €
  • ₽
  • ₺
  • £

Yerli qarpız od qiymətinə bazara çıxarıldı

Yerli qarpız od qiymətinə bazara çıxarıldı
17.06.2017 16:21
Bazarda qapız satışına başlanılıb. Adətən iyul-avqust aylarında bazara çıxarılan bu giləmeyvənin kiloqramı isə 2-2,50 manat təşkil edir.

Anews.az xəbər verir ki, satıcılar qarpızın "Çələbi” və "Şaban”  sortuna aid olduğunu bildirirlər. O ki qaldı, qarpızın mövsümündən əvvəl bazara çıxarılmasına, söhbət etdiyimiz satıcılar məhsuldan zəhərlənmə ehtimalının olmadığını iddia edirlər.

Lakin yuxarıda bildirdiyimiz kimi, nəzərə alsaq ki, qarpızın təbii yetişmə vaxtı iyul-avqust aylarıdır, hazırda bu məhsulun istehlakçıların həyatına nə dərəcədə təhlükə yaradıb-yaratmadığı sual altındadır. ​

Kənd Təsərrüfatı Nazirliyindən bildirilir ki, tezyetişən qarpız sortları 75-80 günə, orta yetişən 85-100 günə, gecyetişənlər 100-120 günə yetişir: "Qarpız istixana şəraitində də becərilir. Bu halda qarpız təkcə şitil üsulu ilə artırılır. Qarpız bitkisi tez böyüyən olduğu üçün belə şitillər 20-30 günə əmələ gəlir”.

O da qeyd edilir ki, hazırda Azərbaycan bostançılarının 90%-dən çoxu Cəfərxan, Qalaqtika, Krimson svit sort qarpızlarını yetişdirirlər.

Bəs istehlakçı keyfiyyətli məhsulu necə seçə bilər?

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin açıqlamasına görə, qarpız təzə, təmiz, bütöv və sağlam, öz təsərrüfat-botaniki növlərinə xas olan rəngdə olmalıdır. Ən xırda ölçülü qarpızın diametri 15 sm-dən, tezyetişən və xırdameyvəlilərdə isə 12 sm-dən az olmamalıdır: "Qarpızın təbii yetişmə vaxtı iyul-avqust aylarıdır. Ona görə də qeyd oed müddətdən əvvəl bu məhsulları almaq məsləhət deyil”.

Qarpızın yetişməsini və keyfiyyətini müəyyən etməyin bir sıra üsulları var. Belə ki, yetişmiş qarpızın saplağı yanındakı bığcığı quruyur, meyvənin növə məxsus naxışı tam aydınlaşır, barmaqla vurarkən küp səsi verir, meyvənin səthində parlaqlıq əmələ gəlir.

Nazirlikdən bildirilir ki, satışa çıxarılan qarpızlar əzik, çatlamış və xəstəliklə zədələnmiş olmamalıdır. Keyfiyyətli qarpız bütöv, zədəsiz və quru saplaqlı olmalıdır. Üzərindəki sarı ləkənin imkan daxilində az olması daha məqsədəuyğundur.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti qeyd edir ki, hər bir istehlakçı birinci növbədə bu məhsulların istehlakı müddətinə, onların hansı şəraitdə saxlanmasına və satış şəraitinə fikir verməlidir.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol