• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank öz nizamnamə kapitalını 70% artırdı

Unibank öz nizamnamə kapitalını 70% artırdı
29.05.2020 04:40
Unibank KB ASC-nin səhmdarları və menecmenti bankın kapitallaşmasının birinci mərhələsinin bitdiyi haqda açıqlama yayıblar.

Bu gün Bakı Fond Birjasında ümumi dəyəri 49 milyon manatdan artıq olan 18, 059 min ədəd səhmin yerləşdirilməsi həyata keçirilib. Səhmlər mövcud səhmdarlar tərəfindən alınıb. Hazırda bu prosesin yekun mərhələsi olan dövlət orqanları və Bakı Fond Birjası tərəfindən hüquqi və texniki rəsmiləşdirmə işləri aparılır. Bunun nəticəsində Unibankın nizamnamə kapitalı 119 milyon manata çatdırılıb. Bu isə bankın nizamnamə kapitalının 70%-dək artması deməkdir

Səhmlərin yerləşdirilməsinin nəticəsində səhmdarların strukturunda dəyişikliklər baş verib. Beynəlxalq maliyyə institutları olan DEG və AYİB-in payı 49,5 %, yerli fiziki şəxs olan səhmdarların payı isə 50,5% təşkil edib. Ayrılıqda isə "DEG” Almaniya İnvestisiya Şirkətinin payı 27,6%-ə, Avropa Yenidənqurma və İnkişaf Bankının payı isə 21,9%-ə çatıb.

Bankın yenidən kapitallaşdırılması proqramı səhmdarların 18 aprel 2017-ci il tarixli ümumi yığıncağında qəbul edilib. Bu qərar mövcud makroiqtisadi şokdan sonra yaranmış itkilərin kompensasiyası və bankın, post-neft dövründə kapital bazasının daha da möhkəmləndirilməsi və inkişafına xidmət edəcək.

Bankın növbəti səhm buraxılışınının uğurlu yerləşdirilməsi xarici və yerli investorların Unibanka olan mövcud inamının göstəricisidir.

Bankın fəaliyyət göstərdiyi 25 il ərzində göstərilən dəyişməz dəstək və inama görə bütün səhmdarlarına və müştərilərinə dərin minnətdarlığını çatdıran bank menecmenti, qəbul edilmiş 2017-2020-ci il üçün strateji inkişaf planında qeyd edilən bütün hədəflərin uğurla həyata keçiriləcəyinə əminliyini bildirir.

Unibank, ölkənin aparıcı maliyyə təsisatlarından biridir. Hazırda bank 940 mindən artıq fərdi və 10 mindən çox korporativ müştərilərə xidmət göstərir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol