• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-dən korporativ müştərilər üçün pulsuz smartfon və sərfəli tarif

Azercell-dən korporativ müştərilər üçün pulsuz smartfon və sərfəli tarif
21.06.2017 17:42
Azercell Telekom MMC  20 iyun 2017-ci il tarixindən etibarən abunəçilərinin ixtiyarına  daha bir kampaniyanı verir. Azercell-in təqdim etdiyi  "Yeni Şirkət” adlı bu sərfəli kampaniyadan bütün hüquqi şəxs statusuna malik olan B2B abunəçiləri yararlana bilərlər. Kampaniyaya qoşulan B2B abunəçiləri "Minimalist” danışıq paketinə abunə olmaqla Lenovo A2016 Smartfonunu, "Optimist "danişıq paketinə abunə olmaqla isə General Mobile 4G Smartfonu pulsuz  əldə edə bilərlər.

 "Minimalist” və "Optimist” tarif paketlərinə qoşulmaqla abunəçi bir sıra üstünlüklər qazanır. Belə ki, "Minimalist” tarif paketində abunəçi ayda cəmi 19 AZN ödəməklə Lenovo A2016 Smartfonunu qazanmaqla yanaşı, korporativ zənglərdən pulsuz istifadə edir. Bundan əlavə isə şəbəkədaxili zənglər üçün 1000 dəqiqə, şəbəkəxarici zənglər üçün 100 dəqiqə danışıq və 100 ədəd sms qazanır. Mobil internetdən istifadə etmək üçün isə 1 GB internet hədiyyə edilir.

"Optimist” tarif paketinə qoşulan abunəçilər də ayda cəmi 29 AZN ödəməklə General Mobile 4G Smartfonu, şəbəkədaxili 3000 dəqiqə, şəbəkəxarici 300 dəqiqə,300 ədəd sms-lə ilə yanaşı beynəlxalq zənglər üçün 30 dəqiqə pulsuz danışıq əldə edir. Bu üstünlüklərdən əlavə abunəçi eyni zamanda korporativ zənglərdən pulsuz yararlana və 3 GB internetdən istifadə edə bilər.

Qeyd edək ki, kampaniya yalnız yeni Fakturalı xətt abunəçiləri üçün nəzərdə tutulub.  Şirkətin tarif paketinə qoşulan fiziki şəxslər kampaniyada iştirak edə bilməz.

Ələvə məlumat üçün abunəçilər 6050 nömrəsinə zəng edə bilərlər.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol