• $
  • €
  • ₽
  • ₺
  • £

Büdcəyə reklamdan 10 dəfə az vəsait daxil olur

Büdcəyə reklamdan 10 dəfə az vəsait daxil olur
23.06.2017 18:39
Ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
 
Anews.az apa-ya istinadən xəbər verir ki, iclasda "Reklam haqqında” və "Dövlət rüsumu haqqında” qanunlara dəyişikliklərin edilməsi müzakirə edilib.

Layihələrin müəllifləri adıçəkilən komitənin üzvləri Vahid Əhmədov və Əli Məsimlidir. V.Əhmədov  bildirib ki, "Reklam haqqında” və "Dövlət rüsumu haqqında” qanunlara təklif olunan dəyişikliklər ölkəmizdə Dövlət Reklam Agentliyinin yaradılması ilə əlaqədardır və reklam bazarının inkişafına xidmət edəcək. "Bu qanunlara dəyişikliklərin edilməsi olduqca zəruridir. Bilirsiniz ki, reklam sahəsində dil problemləri mövcuddur. Bundan başqa, reklamın yerləşdirilməsi və dizaynı ilə bağlı problemlər çoxdur. Bu problemlərin həllinə istiqamətlənmiş məsələlər qanun layihələrində əksini tapıb”.
 
Onun sözlərinə görə, il ərzində dövlət büdcəsinə reklamdan təxminən 55 milyon manat daxil olur, halbuki bu rəqəm 10 dəfə çox ola bilər: "Bakı şəhərində reklam bazarı faktiki olaraq Bakı şəhər İcra Hakimiyyətinin nəzarətində idi. İl ərzində dövlət büdcəsinə reklamdan 50-55 milyon manat daxil olurdu. Lakin bizim hesablamalarımıza görə, dövlət büdcəsinə reklamdan 450-500 milyon manata yaxın vəsait daxil olmalıdır.

Göründüyü kimi, ortada ciddi çatışmazlıqlar var. Bildiyimiz kimi, ölkə başçısının fərmanı ilə Dövlət Reklam Agentliyi yaradılıb. Mən bu quruma rəhbər təyin olunan şəxsi səriştəli, peşəkar bir insan kimi tanıyıram və bu qurumun gələcək fəaliyyəti ilə bağlı olduqca optimistəm. Dövlət Agentliyinin yaradılması reklam bazarına nəzarəti gücləndirəcək, dövlət büdcəsinə daxilolmaların artmasına səbəb olacaq. Ölkə başçısı mühüm addım ataraq bu qurumu yaratdı və bu qanun layihələrinin müəlliflərindən biri kimi mən prezidentə dərin minnətdarlığımı bildirirəm”.

Xatırladaq ki, iyunun 20-də prezident İlham Əliyev Dövlət Reklam Agentliyi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. 

Agentlik ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin edəcək.

Həmin gün ölkə başçısının imzaladığı sərəncama əsasən, Aydın İbadov Dövlət Reklam Agentliyinə direktor təyin edilib.

Qeyd edək ki, ötən gün keçirilən iclasda millət vəkilləri hər iki dəyişikliyi Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol