Türkiyənin əsas fond indeksi kritik həddi keçib

Lakin bu həddin üzərində qalması üçün müsbət xəbərlər davam etməlidir.
Türkiyənin əsas fond birjası indeksi sayılan "BIST 100" dünən kritik hədd sayılan 100 000 bəndi aşıb.
"Report" xəbər verir ki, "BIST 100" indeksinin kritik həddi aşmasına səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu ilin sonuna qədər uçot dərəcəsini artırmayacağı ehtimallarının güclənməsi amili olub. Belə ki, yaxın iki iclasda FED-in faizləri artırmayacağı ehtimalları 83-99% diapazonunda dəyişir. Dekabr ayı üçün ehtimal isə 57% təşkil edir. Həmçinin, FED-in balansını azaltmaq planlarının yavaş tempdə həyata keçirəcəyini elan etməsi də dolların qlobal valyuta bazarında ucuzlaşmasına səbəb olub. Nəticədə, Türkiyədə dolların məzənnəsi bu ilin ən aşağı səviyyəsinə (3,50 TRY/USD) yaxınlaşıb.
"Report"un analitik qrupu "BIST 100" indeksinin dayanıqlı olaraq 100 000 həddindən yuxarıda qalması üçün Türkiyə və dünya iqtisadiyyatında müsbət dəyişikliklərin olması zəruridir. Əks halda, indeks yenidən 90 000 səviyyəsinə geri qayıda bilər. Müşahidələr göstərir ki, bəzi xarici investorlar Rusiya maliyyə bazarlarını tərk edərək Türkiyə bazalarına keçiblər. Bu isə o deməkdir ki, Türkiyə maliyyə bazarılarında müsbət trend müvəqqəti xarakter daşıyacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















