• $
  • €
  • ₽
  • ₺
  • £

Virusların sayı durmadan artır

Virusların sayı durmadan artır
30.06.2017 17:59
Antivirus proqramları hazırlayan və təhlükəli proqram təminatlarının aktivliyini izləyən "Kasperski Laboratoriyası"nın mütəxəssisləri həyəcan siqnalı çalıblar.
 
Onların sözlərinə görə, 2013-cü ildə "ağıllı” qurğular üçün 46 virus proqramı mövcud olduğu halda, 2014-cü ildə bu göstərici 193-ə çatıb, 2015-ci ilin sonunda isə 700-ü ötüb.

Anews.az ICTnews-a istinadən xəbər verir ki,  "ağıllı” qurğular üçün zərərverici proqramların ümumi sayı 7 mini ötüb və onların 50%-dən çoxu yalnız 2017-ci ildə yaradılıb.

"Gartner” analitik şirkətinin məlumatına görə, hazırda dünyada təxminən 6 milyard "ağıllı” cihaz mövcuddur.

"Kasperski Laboratoriyası”nın mütəxəssisləri virusların yaranma intensivliyini hesablamağa cəhd göstəriblər. Bunun üçün onlar "yeni” qurğuların internetə çıxışını imitasiya ediblər. Hakerlər dərhal bu qurğulara müdaxilə etməyə çalışıblar, gün ərzində bir neçə min icazəsiz qoşulma  cəhdi qeydə alınıb.

Çin (14%), Vyetnam (12%) və Rusiyadan (7%) daha çox hücum qeydə alınıb. Həmçinin Braziliya, Türkiyə və Tayvandan müdaxilə cəhdləri müşahidə edilib. Hakerlər əksər hallarda qurğulara IP kamera və videoregistratorlar (63%) vasitəsilə müdaxilə etməyə cəhd göstəriblər. Şəbəkə qurğuları və marşrutlayıcıların payı təxminən 16% təşkil edib.

Mütəxəssislər xəbərdarlıq ediblər ki, zərərverici proqram təminatının sayı və haker hücumları durmadan artacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol