• $
  • €
  • ₽
  • ₺
  • £

Proqnoz: Qızılın ucuzlaşması davam edəcək

Proqnoz: Qızılın ucuzlaşması davam edəcək
04.07.2017 16:40
Report: Qızılın qiyməti iki aylıq minimuma düşüb

Dünya bazarında qızılın qiyməti son 2 ayın minimal səviyyəsi - 1 219,33 dollar/unsiyaya kimi geriləyib.

"Report" xəbər verir ki, qızılın ucuzlaşması qlobal maliyyə bazarlarında riskli aktivlərə marağın artması ilə bağlıdır. Belə ki, 2017-ci ildə dünya iqtisadiyyatının artım tempinin ilin əvvəlində verilən proqnozları üstələyərək 3%-ə yaxınlaşması nəticəsində investorlar fond birjaları və inkişaf etməkdə olan ölkələrin maliyyə bazarlarına yönəliblər. Qeyd edək ki, qızıl heç dividend gətirməyən və əsasən böhran zamanlarında riskdən qaçmaq üçün üz tutulan maliyyə aktivi hesab olunur.

"Report"un analitik qrupu hesab edir ki, qızılın ucuzlaşması həmçinin onun qiymətinin 2017-ci ilin əvvəlindən etibarən sürətlə artması ilə bağlıdır. Belə ki, cari ilə 1 150 dollar/unsiyadan başlayan qızıl, iyun ayının 6-da 1 299 dollar/unsiyaya yüksəlib. Bu isə 13% artıma bərabərdir. 

"Hazırda ilin maksimum səviyyəsindən 75 dollar/unsiya və ya 5,8% azalan qızılın qiymətinin bir qədər də azalması gözlənilir. Qiymətin bu il 1 200 dollar/unsiyadan aşağı düşməsi proqnozlaşdırılır", - deyə analitiklər qeyd ediblər. 

Xatırladaq ki, ABŞ və Avropa Mərkəzi banklarının uçot dərəcələrini artırması prosesinə davam etməsi isə qızılı daha da ucuzlaşdıracaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol