• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq Valyuta Fondu “G-20” ölkələrinə xəbərdarlıq etdi

Beynəlxalq Valyuta Fondu “G-20” ölkələrinə xəbərdarlıq etdi
06.07.2017 13:20
Beynəlxalq Valyuta Fondu (IMF) Almaniyanın Hamburq şəhərində iyulun 7-8-də keçiriləcək "G-20” liderləri sammitindən əvvəl "Qlobal gözləntilər və maliyyə siyasətlərinin gətirdiyi çətinliklər” adlı hesabatını açıqlayıb.

anews.az Report-a istinadən xəbər verir ki, hesabatda qlobal iqtisadiyyatın bərpasına dəstək verən bəzi amillərin problemlər yaratdığına diqqət çəkilib. IMF bildirib ki, proteksionist siyasət, beynəlxalq münasibətləri poza biləcək təşəbbüslər və getdikcə artan maliyyə problemləri dünya üçün risk yaradır.

IMF hesabatında ABŞ Prezidenti Donald Trampın "Öncə Amerika” şüarı altında proteksionist siyasətini hədəf alıb. Bununla yanaşı, Çində iqtisadi artımı dəstəkləyən amillərin artıq davam etdirilə bilinməyəcəyi qeyd olunub. Çinin uzun müddət özəl və dövlət xərcləri ilə iqtisadi artıma dəstək verə bilməyəcəyi vurğulanıb.

Həmçinin, hesabatda aşağı faizlərin maliyyə sisteminin rentabelliyini aşağı saldığı, inkişaf etməkdə olan ölkələrdə isə yüksək borclara səbəb olduğu bildirilib. Almaniya iqtisadiyyatına toxunan IMF, bu ölkənin daha ekspansionist siyasət həyata keçirmək zərurətini qeyd edib. Bununla yanaşı, Yaponiyaya da mülayim monetar siyasətin davam etdirilməsi tövsiyə olunub.

Braziliya, Meksika və Hindistan kimi inkişafda olan ölkələrə isə IMF iqtisadi şoklardan qorunmaq üçün valyuta məzənnələrinə müdaxilə etməməyi məsləhət görüb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol