• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell yeni təlimlər vasitəsilə “AppLab” iştirakçılarının bacarıqlarını zənginləşdirir

Bakcell yeni təlimlər vasitəsilə “AppLab” iştirakçılarının bacarıqlarını zənginləşdirir
29.05.2020 00:49
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti "AppLab” proqramının iştirakçıları üçün onların davamlı inkişafına istiqamətlənən treninqlər keçirir. Şirkətin inkubasiya mərkəzində 7 layihə üzrə fəaliyyət göstərən qrup üzvləri aşağıda göstərilən mövzular üzrə keçirilən treninqlərdə iştirak edərək öz bacarıqlarını artıracaqlar:

- Pitçinq üzrə master-klass

- Trend Konsepsiyası üzrə intensiv təlim

- Block-chains Giriş intensiv təlim

- İnvestor Münasibətlərinin İnkişaf Etdirilməsi üzrə intensiv təlim

- Məhsuldar Komandanın Saxlanması üzrə təlim

- Strategiyanın İnkilşaf Etdirilməsi və Kommersiyalaşdırılması intensiv təlim

Qeyd olunan treninqlərdən hər biri əsas nəzəri hissədən və konkret halların təhlilindən ("case study”) ibarət olacaq. Treninqlərin müddəti ümumilikdə 28 saatdır.

Treninqlər ölkə daxilində təlim, qiymətləndirmə və məsləhət xidmətləri sahəsində fəaliyyət göstərən aparıcı təchizatçılardan biri olan "CAC Training Center” şirkəti ilə birgə təşkil olunur.

"AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra moduludur. Layihə çərçivəsində gənc proqramçılar Üzeyir Hacıbəyov küç. 48, 3-cü mərtəbə ünvanında yerləşən "AppLab” ofisindən (Sahil parkının yaxınlığında) istifadə edib, pulsuz internet, ofis və treninq üçün nəzərdə tutulmuş məkandan və mühitdən, eyni zamanda məhsulları sınamaq üçün ən müasir cihazlardan yararlana bilirlər. "Bakcell”in, Qualcomm şirkətinin və "AppLab” proqramının digər partnyorlarının nümayəndələrindən ibarət olan xüsusi ekspertlər qrupu gənc proqramçıları yerli və beynəlxalq bazarların tələblərinə hədəflənmiş yeni məhsul və ya xidmətlərin pilot variantını tərtib etmək və həyata keçirmək üçün tələb olunan araşdırmalar və məsləhətlərlə təmin edirlər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol