• $
  • €
  • ₽
  • ₺
  • £

Aldığınız məhsulların keyfiyyətini belə yoxlamaq olar

Aldığınız məhsulların keyfiyyətini belə yoxlamaq olar
29.05.2020 07:22
Yediyimiz məhsulların keyfiyyəti hər birimizin sağlamlığı üçün vacibdir. Bəs keyfiyyətli məhsulu necə seçmək olar? 

Ət 
 
 

Ətin xarab olub-olmadığını anlamağın asan yolu rənginə nəzarət edilməsidir. Təzə ət açıq qırmızı və parlaq olur. Ətin rəngi bənövşəyidirsə, ət təzə deyil. Ətin üzərində qara və yaşıl nöqtələr varsa, deməli, artıq xarab olub. 

Bundan əlavə ətin xarab olub-olmadığını iyləyərək də anlamaq olur. Ət xarab olmağa başlayanda çox kəskin və turş iyi verir. Ət əgər yapışqandırsa, deməli, xarab olmağa başlayıb. Çünki  təzə ətə toxunanda yapışmır.

Kartof 
 
 




Qabığı yaşıl rəngdədirsə, "solanin” adlı maddə zəhərlənməyə yol aça bilir. Yaşıl rəng solursa, deməli, zəhərlənmə təsiri artır. Kartofdan zəhərlənmə bədən müqaviməti zəif olanlarda ölümə belə səbəb ola bilir.

Cücərmiş kartof adamda baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, qusma kimi zəhərlənmə əlamətlərinə səbəb olur.

Soğan 
 




Soğan alarkən nəmlənmiş, cücərmiş, yumşaq olanlardan uzaq durmaq, qoxusuna fikir vermək lazımdır. Bəzən soğanın xarici görünüşü yaxşı ola bilər. Lakin pis qoxu verirsə, deməli, içərisində çürümə başlayıb. Soğanın qabığının rənginin yaşıla dönməməsi vacibdir. Əks halda həm ləzzətsiz olur, həm də tez xarab olur. 

Lobya 
 




Təzə lobya  alarkən bir dəfə qırın və "çıt” səsini eşitməyə diqqət edin. Əgər lobya çətin qırılırsa, deməli, təzə deyil.

Göyərti 



Solğun, hətta saralmağa başlayan göyərti qida dəyərini çox əhəmiyyətli dərəcədə itirir.

Banan
 



Bananın qabığının çox dəyişmiş və qəhvə rəngində olması tərkibində şəkər nisbətinin artdığını, qida dəyərinin düşdüyünü göstərir. 

Balıq 
 




Balıq çox tez xarab olmağa meyilli qidadır. Balığın təzə olub-olmadığını yoxlamaq üçün qarnına barmağınızla basdırın. Balıq köhnə formasına qayıtmırsa, deməli, köhnədir. Bundan əlavə, təzə balığın dərisi parlaq, gözləri də canlı olmalıdır.

Başından tutduqda quyruğu aşağıya doğru deyil, tavada dayandığı kimi dimdik dayanmalıdır. 

Yumurta
 




Yumurta qidalılıq dəyərinə görə yüksəк кeyfiyyətli və orqanizmdə 97-98% mənimsənilən ərzaq məhsuludur. 4 dərəcədən aşağı temepraturda saxlanmalıdır. Əks halda yumurtada mikroorqanizmlərin artma ehtimalı çoxalır. 

Dondurma
 




Qablaşdırılmış hazır dondurmalarda paketin xaricində buz dənəcikləri varsa, bu, dondurmanın daha əvvəldən əridiyini və bakterial törəməyə açıq olduğunu göstərir.

Toyuq
 



Toyuq məhsulları çox qısa müddətdə bakteriyaya yol açır və ölümcül xəstəliklərə səbəb ola bilir. Bu səbəbdən məhsulu alarkən rənginin normal, diri görünüşlü olması, özünəxas qoxusundan başqa qoxunun olmaması, sinəsinə əlinizlə basdığınız zaman elastik olması vacibdir. Toyuq sulu və zəif görünürsə, almağa dəyməz.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol