• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin detalları müzakirə ediləcək

Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin detalları müzakirə ediləcək
17.07.2017 22:30
Bakı toplantısında gömrük və sərhəd prosedurlarının sürətləndirməsinə dair danışıqların aparılması nəzərdə tutulub.

Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkcinin sabah başlayacaq Bakı səfərinin detalları məlum olub. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, B.Tüfenkci səfər çərçivəsində tarixi İpək Yolunu canlandıracaq Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin gömrük prosedurları və sərhəd keçidlərinin sürətləndirilməsi məqsədilə üçtərəfli görüşdə iştirak edəcək.

Tədbirdə B.Tüfenkci ilə yanaşı, Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Gürcüstan baş nazirinin birinci müavini, maliyyə naziri Dimitri Kumsişvili də iştirak edəcəklər.

Görüş zamanı həmçinin Türkiyə, Azərbaycan və Gürcüstanın Avropa ilə Asiya arasında körpü rolunun gücləndirilməsi, gömrük sərhədlərində ticarətin asanlaşdırılması, habelə qanunsuz ticarətə qarşı birgə mübarizəninaparılması ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulub.

"Hazırkı şəraitdə Asiya ilə Avropanı birləşdirən ən önəmli qovşaq nöqtəsində yerləşən ölkələrimizin əməkdaşlığının əhəmiyyəti daha da artacaq. Bu layihə, tikintisi yekunlaşdıqdan sonra Çin ilə İngiltərəni ən qısa və sürətli şəkildə birləşdirəcək. Bu böyük layihə ilə istehsal və istehlak mərkəzləri ölkələrimizi bir-birinə daha da bağlayacaq. Qafqaz tranzit dəhlizini dəstəkləməyə yönəlmiş xarici işlər və nəqliyyat nazirləri arasında qurulan üçtərəfli mexanizmə bənzər şəkildə gömrük idarələri arasında da üçtərəfli mexanizm qurulacaq", - deyə türkiyəli nazir əlavə edib. 

Xatırladaq ki, B.Tüfenkcinin Azərbaycana səfəri iyulun 18-19-da baş tutacaq. O, Azərbaycanın rəsmi şəxsləri ilə də ikitərəfli görüşlər keçirəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol