• $
  • €
  • ₽
  • ₺
  • £

"Azexport" 50 ölkədən 193 mln. dollarlıq ixrac sifarişi alıb

"Azexport" 50 ölkədən 193 mln. dollarlıq ixrac sifarişi alıb
17.07.2017 19:40
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın iyul ayı üçün sayı təqdim olunub.
 
Mərkəzdən "APA-Economics"ə verilən məlumata görə, icmalın bu sayında göstərilir ki, 2017-ci ilin 6 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 738 mln. dollar olub və ixrac əməliyyatlarında 1157 subyekt iştirak edib. 2016-cı ilin ilk 6 ayına nisbətən 2017-ci ilin müvafiq dövründə qeyri-neft sektoru üzrə ixrac 27% artıb.
 
2017-ci ilin 6 ayı ərzində Rusiyaya 274 mln. dollar, Türkiyəyə 144 mln. dollar, Gürcüstana 68 mln. dollar, İsveçrəyə 67 mln. dollar və Türkmənistana 33 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
 
Bu ilin iyun ayında isə qeyri-neft sektoru üzrə 421 subyekt tərəfindən 181 mln. dollar dəyərində ixrac əməliyyatları həyata keçirilib.
 
İyun ayı üzrə ixrac olunan əsas mallar pomidor, qızıl, albalı, kartof, şəkər və sairdir. 2017-ci il üzrə 6 aylıq məlumatların təhlilindən aydın olub ki, qeyri-neft sektoru üzrə ixracda ilk yeri tomat (pomidor) (121 mln. dollar), ikinci yeri qızıl (50,9 mln. dollar), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (48,4 mln. dollar) tutur.
 
"Azexport.az” portalının qeyri-neft sektoru üzrə ixraca töhfə verməsinə gəlincə isə "İxrac İcmalı”nda qeyd edilir ki, 2017-ci ilin 6 ayı ərzində "Azexport" portalına dünyanın 50 ölkəsindən 192,7 mln. dollar məbləğində ixrac sifarişləri daxil olub. Portala iyun ayında daxil olan ixrac sifarişlərinin dəyəri may ayı ilə müqayisədə 3,2 dəfə çox olub. Belə ki, portala 2017-ci ilin yanvar ayında 48, fevralda 6,5, martda 27, apreldə 29,9, mayda 19, iyunda isə 62,3 mln. dollar dəyərində ixrac sifarişləri daxil olub. Ümumilikdə 2017-ci ilin 6 ayı ərzində portala ən çox sifariş Rusiyadan daxil olub. Portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (19%), Ukrayna (9%), Türkiyə (7%), Səudiyyə Ərəbistanı (6%) və ABŞ-ın (5%) adı var.
 
2017-ci ilin iyun ayında ilk dəfə portala İsveç, Maldiv adaları, Kolumbiya, Əfqanıstan, Seneqal kimi ölkələrdən də sifarişlər daxil olub. İyun ayında Azərbaycanın qida məhsulları ilə əsas maraqlanan ölkələrdən biri isə Qətər olub. Bu ölkənin qida məhsulları idxal edən 6 şirkətinə müvafiq məlumatlar təqdim edilib.
 
İyun ayında sifariş edilən məhsullar üzrə rəqəmləri təhlil etdikdə aydın olur ki,  mahlıca, pambıq yağına, pomidora, şəraba, nar şirəsinə, albalı şirəsinə, badımcana, biyan kökünə, fındıq ləpəsinə, almaya, yerkökünə, pambıq toxumuna, tibbi tənzifə, qənnadı məhsullarına sifarişlər üstünlük təşkil edir. Bu məhsullar içərisində mahlıca, pomidora, yerkökünə, badımcana, fındıq ləpəsinə, almaya daxil olan sifarişlərin dəyəri  milyon ABŞ dollarından çox olmuşdur. Kənd təsərrüfatı mallarına (mahlıca, pomidora, yerkökünə, badımcana, fındıq ləpəsinə, almaya, yerkökünə) əsas sifarişlər  Rusiya Federasiyasından daxil olub.
 
Onu da qeyd edək ki, iyun ayındakı ixrac sifarişçilərin yarıdan çoxu birbaşa "Azexport" vasitəsi ilə reallaşıb. Bu isə bir daha portalın getdikcə dünya miqyasında daha çox tanındığının göstəricisidir.
 
Həmçinin "İxrac İcmalı”nın bu sayında "Bir pəncərə”  İxraca Dəstək Mərkəzində sertifikatların verilməsi proseduru barədə də ətraflı məlumat əksini tapıb.
 
"İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.
 
"İxrac İcmalı"ı ilə www.iqtisadiislahat.org saytının "İcmallar" bölümündə tanış olmaq mümkündür.
 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol