• $
  • €
  • ₽
  • ₺
  • £

Səudiyyə Ərəbistanı neft ixracını daha da azaltmağı düşünür

Səudiyyə Ərəbistanı neft ixracını daha da azaltmağı düşünür
19.07.2017 17:40
İyulun 24-də Sankt-Peterburqda OPEC+ ölkələrinin növbəti sammiti keçiriləcək.

OPEC təşkilatı neft bazarında tələblə təklif arasında tarazlığı bərpa etmək üçün yeni yanaşma metodları öyrənir. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Britaniyanın "Petroleum Policy Intelligence" (PPI) konsaltinq şirkəti məlumat yayıb.

Şirkətdən verilən xəbərə əsasən, S.Ərəbistanı birtərəfli qaydada neft ixracını daha 1 mln. barel azaltmağı düşünür. S.Ərəbistanı bu addımı ilə Nigeriya və Liviyanın neft hasilatındakı artımını balanslaşdırmaq niyyətindədir.

PPI-dən həmçinin bildirilib ki, S.Ərəbistanının bu qərarı Rusiyanın Liviya və Nigeriyanı OPEC anlaşmasına cəlb etməyə cavabı kimi qəbul edilib. Xatırladaq ki, Liviya və Nigeriya OPEC-in neft hasilatını azaltmaq barədə anlaşmasından azad olunub. Belə ki, bu ölkələrdə hasilat ölkədaxili siyasi problemlər səbəbindən son illərdə kəskin azalma göstərib.

"Report" xəbər verir ki, iyul ayının 24-də Sankt-Peterburq şəhərində OPEC və ona üzv olmayan ölkələrin neft və energetika nazirlərinin növbəti görüşü keçiriləcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol