• $
  • €
  • ₽
  • ₺
  • £

IMF Yunanıstana yeni kreditin ayrılmasını təsdiq edib

IMF Yunanıstana yeni kreditin ayrılmasını təsdiq edib
29.05.2020 08:41
2015-ci ildən Yunanıstanda böhran vəziyyəti davam edir.

Beynəlxalq Valyuta Fondunun (IMF) Direktorlar Şurası Yunanıstana 1,6 mlrd. avro (1,85 mlrd. ABŞ dolları) həcmində kreditin ayrılmasını təsdiqləyib. 

"Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, IMF-dən gələn açıqlamada anlaşmanın qüvvəyə minməsi üçün Direktorlar Şurasının ikinci qərarı qəbul edilməlidir.

Qeyd edək ki, IMF-lə Yunansıtan arasındakı anlaşmanın müddəti 2018-ci ilin avqust ayında bitir. IMF sədri Kristian Laqard (Christian Lagarde) 2015-ci ildə Yunanıstana maliyyə yardımının ayrılmasına qarşı çıxsa da, bu ilin iyun ayında ölkənin lazımi islahatlar keçirdiyini əsas gətirərək Direktorlar Şurasını növbəti kredit tranşını ayırmağa çağırıb.

Yunanıstan həmçinin Avropa Sabitlik Mexanizmi (ESM) proqramı çərçivəsində maliyyələşdirilir. İyunun ortasında avrozona ölkələrinin maliyyə nazirləri tərəfindən Yunanıstana 8,5 mlrd. avro (9,9 mlrd. dollar) həcmində yeni kredit tranşının ayrılması qərarlaşdırılıb.

Xatırladaq ki, Yunanıstan 2015-ci ilin əvvəlində maliyyə böhranı ilə üzləşib və indiyədək bu ölkədəki iqtisadi problemlər davam edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol