• $
  • €
  • ₽
  • ₺
  • £

Pulsuz göz müayinələri davam edir

Pulsuz göz müayinələri davam edir
29.05.2020 10:58
Azercell Telekom-un dəstəyi ilə fəaliyyət göstərən Mobil göz klinikasında yanvar-iyun ayları ərzində 700-dən çox ehtiyacı olan xəstələr müayinədən keçib, bunun 500-ə yaxını böyük, 200-dən çoxu isə uşaqdır.

Yanvar ayları ərzində klinikanın həkimləri Kürdəmir rayonunda məskunlaşan 36 məcburi köçkün və qaçqınlara yardım göstəriblər. Müayinələr nəticəsində eynək reseptləri yazılıb, müalicələr təyin edilib. Eyni zamanda Əmircan qəsəbəsi 13 saylı və Hövsan qəsəbəsi 23 saylı poliklinikada 58 nəfər müayinə olunub. Sabunçu rayonu Sosial Müdafiə Fondunun dəstəyi ilə isə 42 nəfər müayinədən yararlanıb.

Fevral ayında həkimlər Bilgəh və Şağan qəsəbəsində ümumilikdə 78 nəfəri müayinə ediblər. Bilgəh qəsəbəsi 11 saylı internat məktəbində 42, Şağan qəsəbəsi Əlilliyi olanlar üçün müalicəvi pansionatda 36, Nərimanov rayonu "Qızıl Aypara" cəmiyyətində isə 32 nəfər müayinəyə cəlb olunub.

Yaz aylarında da klinikanın həkimləri yüksək və aktiv fəaliyyətləri ilə seçilib. Mart ayında həkimlər Nərimanov rayonundakı Rus icmasına, Gəncə Şəhərində SOS Uşaq Kəndindəki uşaqlara və Lökbatan qəsəbəsində məskunlaşan qaçqınlara xidmət göstəriblər.

Aprel və may aylarında Mobil göz klinikasının həkimləri Pirşağı qəsəbəsi 10 saylı internat evində 29, İcra Hakimiyyətinin dəstəyi ilə Pirallahı qəsəbəsində yaşayan 30 imkansız şəxsə, Yasamal və Nizami rayonunda 84, Xaçmaz rayonu Gödəkli kəndi tam Orta məktəbinin 35 şagirdinə xidmət göstəriblər. İyun ayında isə klinikanın həkimləri Bakının Yasamal və Dərnəgül rayonlarında məskunlaşan 43 məcburi köçkün və qaçqını, eyni zamanda 20-ci sahə "Qızıl Aypara "Cəmiyyətində 25 nəfəri müayinə və müalicə ediblər. İyun ayında Mobil göz klinikası Xaçmaz rayonunda məskunlaşan 28 nəfər məcburi köçkünə də yardım ediblər.

Azercell-in dəstəyi və "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi ilə fəaliyyət göstərdiyi 4 il ərzində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Bakı ilə yanaşı klinikanın həkimləri ölkənin bir çox bölgələrində müalicəyə ehtiyacı olan insanlara xidmət göstəriblər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
İqtisadiyyat 15:29
SOCAR enerji saxlama texnologiyalarının tətbiqini araşdırır
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
İqtisadiyyat 15:18
SOCAR 2027-ci ildə iki geotermal layihənin işlənməsinə başlayacaq
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
İqtisadiyyat 14:43
Azərbaycan TAP vasitəsilə İtaliyaya 51 milyard kubmetrdən çox qaz ixrac edib
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
İqtisadiyyat 13:10
Azərbaycan Avropaya 2-3 QVt yaşıl enerji ixrac etməyi planlaşdırır
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
İqtisadiyyat 12:10
Matteo Zoppas: İtaliyanın Azərbaycana ixracı 440 milyon avroya çatıb
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol