MDB dövlətlərinə ixrac olunan məhsulların dəyəri qalxıb, idxalın isə azalıb

2017-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkədən ixrac olunmuş məhsulların dəyəri müqayisəli qiymətlərlə 0,7 faiz çox olub.
anews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, MDB dövlətlərinə ixrac olunmuş məhsulların dəyəri real ifadədə 24,1 faiz artaraq 469,1 milyon dollar təşkil edib. Digər ölkələrə 1,6 faiz az məhsul göndərilib.
İxracın ümumi dəyərinin 47,0 faizi Avropa İttifaqı ölkələrinin, 8,9 faizi MDB üzvü dövlətlərinin, 44,1 faizi isə digər ölkələrin payına düşüb.
2017-ci ilin yanvar-iyun aylarında ölkəyə idxal olunmuş məhsulların dəyəri müqayisəli qiymətlərlə 28,6 faiz azalıb, MDB üzvü dövlətlərindən 11,8 faiz, digər ölkələrdən 33,7 faiz az məhsul idxal olunub.
İdxalın ümumi dəyərinin 23,1 faizi Avropa İttifaqı ölkələrinin, 29,0 faizi MDB üzvü dövlətlərinin, 47,9 faizi isə digər ölkələrin hesabına formalaşıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















