• $
  • €
  • ₽
  • ₺
  • £

Kreditləşmə dayanıb: Banklar pul vermir

Kreditləşmə dayanıb: Banklar pul vermir
29.05.2020 03:17
Azərbaycanda  iqtisadi aktivlik aybaay zəifləyir. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı hesabatlardan da görmək olar. Bankın təqdim etdiyi məlumatlardan məlum olur ki, xüsusən də regionlarda kreditləşmənin çəkisi azalıb. Avqust ayına olan məlumata əsasən, regionların kreditləşməsi illik 19,8 faiz azalaraq cari ilin iyulun 1-nə 2 194 milyon manat təşkil edib. Beləliklə, ölkə üzrə cəmi kredit qoyuluşunun 15,8 faizi regionların payına düşüb. 

Regionlara kredit qoyuluşunun həcmində azalma olsa da, regionların kreditləşməsinin cəmi kreditlərdə xüsusi çəkisi əksinə, 0,95 faiz bəndi artıb. Hesabata əsasən, regionlar üzrə ən çox kredit qoyuluşu Aran iqtisadi rayonunda (542 milyon manat) qeydə alınıb. Ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşunun 11 688 milyon manat və ya 84,2 faizi Bakı şəhərini əhatə edib. Ölkədə kreditlər üzrə orta faiz dərəcəsi 11,3 faiz təşkil etdiyi halda, Bakı şəhərində 9,9 faiz olub.

Məlum məsələdir ki, son iki ildə ölkənin hər yerində olduğu kimi regionlarda da iqtisadi aktivlik aşağı düşüb. İqtisadi aktivliyin aşağı olması, həm də tələbatın aşağı olmasıdır. Birinci devalvasiyadan sonra banka borclu əhali hələ də aldığı kreditin problemləri ilə məşğuldur. Bir sözlə, keçmiş kreditlərin bağlanması problemi ölkə əhalisinin kabusuna çevrilib. Digər tərəfdən, bankların özünün kreditvermə potensialı da aşağı düşüb. Banklar istənilən şəxsə kredit vermir, kredit şərtləri də kifayət qədər ağırdır. Bundan əlavə banklar manatla kredit verməkdə də maraqlı deyillər. 

Demək olar ki, ölkənin maliyyə sabitliyinə etibar azalıb.Azərbaycanda  iqtisadi aktivlik aybaay zəifləyir. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı hesabatlardan da görmək olar. Bankın təqdim etdiyi məlumatlardan məlum olur ki, xüsusən də regionlarda kreditləşmənin çəkisi azalıb. Avqust ayına olan məlumata əsasən, regionların kreditləşməsi illik 19,8 faiz azalaraq cari ilin iyulun 1-nə 2 194 milyon manat təşkil edib. Beləliklə, ölkə üzrə cəmi kredit qoyuluşunun 15,8 faizi regionların payına düşüb. 

Regionlara kredit qoyuluşunun həcmində azalma olsa da, regionların kreditləşməsinin cəmi kreditlərdə xüsusi çəkisi əksinə, 0,95 faiz bəndi artıb. Hesabata əsasən, regionlar üzrə ən çox kredit qoyuluşu Aran iqtisadi rayonunda (542 milyon manat) qeydə alınıb. Ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşunun 11 688 milyon manat və ya 84,2 faizi Bakı şəhərini əhatə edib. Ölkədə kreditlər üzrə orta faiz dərəcəsi 11,3 faiz təşkil etdiyi halda, Bakı şəhərində 9,9 faiz olub.

Məlum məsələdir ki, son iki ildə ölkənin hər yerində olduğu kimi regionlarda da iqtisadi aktivlik aşağı düşüb. İqtisadi aktivliyin aşağı olması, həm də tələbatın aşağı olmasıdır. Birinci devalvasiyadan sonra banka borclu əhali hələ də aldığı kreditin problemləri ilə məşğuldur. Bir sözlə, keçmiş kreditlərin bağlanması problemi ölkə əhalisinin kabusuna çevrilib. Digər tərəfdən, bankların özünün kreditvermə potensialı da aşağı düşüb. Banklar istənilən şəxsə kredit vermir, kredit şərtləri də kifayət qədər ağırdır. Bundan əlavə banklar manatla kredit verməkdə də maraqlı deyillər. 
Demək olar ki, ölkənin maliyyə sabitliyinə etibar azalıb.

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirib ki, iqtisadi aktivliyin və  ölkədə əhalinin gəlirlərinin azalması kreditlərə marağı da azaldıb: "Ümumiyyətlə, regionlarda kreditlərin verilməsi həmişə problemli olub. Hətta neftin baha vaxtı və ölkədəki iqtisadi vəziyyətin yaxşı olduğu dövrlərdə belə regionlar həmişə Bakıdan geri qalıb. İndiki vəziyyətdə paytaxta nisbətən regionlara kreditləşmənin azalmasının əsas səbəbi regionlarda daşınmaz əmlakın qiymətinin çox aşağı olmasıdır. Daşınmaz əmlakın qiyməti aşağı olduğu üçün girov məsələsi də həll olunmamış qalır. Bunlara paralel olaraq bank faizlərinin həddindən artıq çox yüksək olmasıdır. Gündəlik tələbatları ödəmək üçün istehlak kreditləri 30 faiz, biznes kreditləri isə 20-25 faiz civarındadır. Bu kredit faizləri və ağır şərtlər nə iş adamlarına, nə fərdi sahibkarlara, nə də sadə vətəndaşlara sərf edir. Çünki geri qayıtması problemli olan kreditlərin həcmi artdığı üçün banklar kreditləşmə məsələsinə daha ciddi yanaşırlar və daha ağır şərtlər qoyurlar. Belə yüksək faizlərlə kredit götürüb hansı işi qurmaq olar? Regionlarda iqtisadi aktivliyin və gəlirlilik səviyyəsinin aşağı olduğu danılmaz faktdır. Bunu nəzərə alsaq 20-25 faizlə kredit götürən sahibkar və ya iş adamı hansı bizneslə məşğul olmalıdır ki, həm vergini ödəsin, həm özü gəlir əldə etsin, həm yeni iş yerləri yaratsın, həm də kreditlərini bağlasın? Bu, çox çətin məsələdir. Ona görə də regionlarda kreditləşmə Bakıya nisbətən daha sürətli azalıb”.

Ekspert onu da qeyd edib ki, əgər kreditlərin sayı artarsa, iqtisadi aktivlik də artar, canlanma da yaranar: "2008-2014-ci illər ərzində Azərbaycanın iqtisadi modelində kreditləşmə çox böyük yer tuturdu. Kredit hesabına insanlar həm öz tələbatını ödəyirdi, həm də biznes kreditləri yüksələn xətlə inkişaf edirdi. Bu da iqtisadi aktivliyin əsas aparıcı qüvvələrindən birinə çevrilmişdi. Hazırda Azərbaycanda iqtisadi aktivlik zəifdir. Bunun fonunda bank sektoru da həddən artıq zəifləyib, banklarda ciddi problemlər var. Banklarda yaranan problemlər də əhaliyə və biznesə verilən kreditlərin həcminə təsir göstərir. Kreditin həcmi azalır, faizləri isə yüksəlir. Bu da ümumi iqtisadiyyata çox mənfi təsir edən amillərdən biridir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol